top
Rüstəm Əhmədzadə: Sübut etmək istəyirik ki, bu, müvəqqəti uğursuzluq idi Idman.biz
20 aprel 2026, 13:13
- ↺ +

Rüstəm Əhmədzadə: "Sübut etmək istəyirik ki, bu, müvəqqəti uğursuzluq idi"

"Düşünürəm ki, bundan sonra psixoloji cəhətdən asan olacaq".

Bunu "Sumqayıt"ın hücumçusu Rüstəm Əhmədzadə qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 28-ci turunda "Qəbələ"ni məğlub etməklə (1:0) qələbə həsrətinə son qoydunuz. Oyunla bağlı fikirləriniz necədir?

- Çətin oyun alındı. Əslində, uzun müddətdir qələbə qazanmadığımız üçün bütün görüşlər bizim üçün çətin keçir. Bu matçda nəhayət ki, qələbə həsrətinə son qoyduq. Buna görə də çox sevinirik.

- Bu qələbədən sonra "Sumqayıt"ın "qara zolaq"dan çıxdığını söyləmək mümkündür?

- Düşünürəm ki, bundan sonra psixoloji cəhətdən asan olacaq. Digər tərəfdən də avrokuboklar şansımızı itirmişik. Liqada qalmaq da problem deyil. Yəni turnir cədvəlində nə yuxarı qalxa bilərik, nə aşağı düşə. Ona görə də bundan sonra azarkeşlər üçün oynayacağıq. Çalışacağıq ki, çıxışımızdan zövq alaq.

- Qeyd etdiyiniz kimi, avrokuboklar şansını itirmisiniz. Niyə belə alındı? Halbuki mövsümə çox uğurla start vermişdiniz. Ardını gətirmək üçün nə çatışmadı?

- Təbii ki, avrokuboklar şansını itirməyimiz çox təəssüfləndiricidir. Hələ də anlaya bilmirəm ki, niyə belə oldu. Nə baş verdi? Amma futboldur. Əksəriyyət də futbolu məhz buna görə sevir. İndiki məqamda irəli baxmalıyıq.

- Yeni mövsümdə uğur qazanmaq üçün "Sumqayıt"ın heyəti nə dərəcədə dəyişməlidir?

- Bu barədə mən bir söz deyə bilmərəm. Çünki heyətlə bağlı qərarları rəhbərlik, məşqçilər korpusu qəbul edir. Onlar da hər şeyi görürlər. Əminəm ki, rəhbərlik düzgün qərar qəbul edəcək.

- Növbəti turda "İmişli"nin qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Motivasiyamız var. Çempionatın yekunlaşmasına çox qalmayıb. Heç olmasa sonluqda sübut etmək istəyirik ki, bu, müvəqqəti uğursuzluq idi. Qalan matçlarda qalib gəlməklə yaxşı komanda olduğumuzu isbatlamaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Oxşar xəbərlər