top
Rusiyada yaşayan azərbaycanlı məşqçi Araz Ağasoy: Karyeramda irəliləməyə imkan vermədilər, azərbaycanlı uşaqlara ödənişsiz məşq keçməyə hazıram Idman.biz
26 yanvar 2026, 16:07
- +

Rusiyada yaşayan azərbaycanlı məşqçi Araz Ağasoy: Karyeramda irəliləməyə imkan vermədilər, azərbaycanlı uşaqlara ödənişsiz məşq keçməyə hazıram

Sosial şəbəkələrdə Moskva vilayətinin Şolkovo şəhərində yaşayan 30 yaşlı azərbaycanlı futbolçu və məşqçi Araz Ağasoyun müsahibəsi geniş yayılıb. Videoda yetirmələrin valideynləri onun haqqında xoş sözlər söyləyir, Araz Ağasoy isə azərbaycan dilində soydaşlarına müraciət edərək aztəminatlı ailələrdən olan uşaqları ödənişsiz şəkildə məşq etdirməyə hazır olduğunu bildirir.

İdman.Biz Araz Ağasoyu daha yaxından tanımaq qərarına gəlib.

Araz Ağasoy Şirvanda anadan olub, uşaqlıqdan futbola maraq göstərib və uzun illərdir Türkiyənin "Qalatasaray" klubunun azarkeşidir.

"Şirvandan olan məşqçim Tahir müəllim mənə futbol oynamağı öyrədib. Ona çox minnətdaram. Hələ də demək olar ki, hər gün əlaqə saxlayırıq", – deyə Ağasoy bildirir.

Beşinci sinifdən sonra ailəsi ilə birlikdə Rusiyaya köçüb. Moskvada yaşayıb, yeddi il futbol oynayıb və beş ay ərzində "Lokomotiv"də məşq keçib. Lakin peşəkar futbolçu karyerası qurmaq ona qismət olmayıb.

"Yadımdadır, atam məni komandaya gətirmişdi və mən yeganə qeyri-rus uşaq idim. Rus uşaqlar mənimlə oynamaq istəmirdilər. Amma özümü yaxşı tərəfdən göstərə bildim və məşqçi məni heyətə götürdü. Sonradan isə, o cümlədən "Lokomotiv"də irəli getmək mümkün olmadı. Daha doğrusu, buna imkan vermədilər. Burada futbol bir növ monopoliyadır. Arxanda dayanan yoxdursa, karyera qurmaq çox çətindir. Öz gücümlə indiki səviyyəyə çatmağımla qürur duyuram".

Hazırda Araz Ağasoy Şolkovoda yaşayır, şəhər liqasında çıxış edir və müdafiəçi mövqeyində oynayır. "Komandada yeganə azərbaycanlıyam, amma əvvəlki kimi problemlər yoxdur. Mənə hörmət edirlər, daim əsas heyətdə meydana çıxıram. Hazırda klubumuz turnir cədvəlinə başçılıq edir".

Məşqçilik fəaliyyəti

Futboldan əlavə, Ağasoy briqadir kimi çalışır və eyni zamanda məşqçilik fəaliyyəti ilə məşğuldur. Bu işə təsadüfən başlayıb: bir gün küçədə fişkalar düzərək təkbaşına məşq edirdi. İki uşaq ona yaxınlaşıb məşq keçməsini xahiş edib. Bunu şəhərdə tanınmış məşqçi – kamerunlu futbolçu görüb və Araz Ağasoyu özünə köməkçi məşqçi kimi dəvət edib.

Əgər əvvəllər hər şey iki şagirdlə başlamışdısa, indi onun təxminən 100 yetirməsi var. "Baş məşqçimizin yanaşması kifayət qədər sərtdir, mən isə xaraktercə daha yumşağam, uşaqlar məni sevir. Bilirəm ki, bir çoxu məhz mənə görə məşqlərə gəlir", – deyə Ağasoy qeyd edir.

Onun sözlərinə görə, komandada müxtəlif millətlərdən olan uşaqlar var və o, hər birinə fərdi yanaşmağa çalışır – təkcə məşqçi kimi yox, həm də psixoloq kimi: "Məndə üç erməni uşaq da məşq edir. Onlardan biri hər zaman hamıdan tez gəlir, məni qucaqlayır. Ondan müsahibə götürəndə mənim haqqımda soruşublar. Deyib ki, məşqçisinin azərbaycanlı olduğunu bilir və bununla qürur duyur".

Ağasoy yerli mediaya necə müsahibə verməsindən də danışıb: "Bizdən tez-tez oyunlardan sonra müsahibə alırlar. Bir dəfə erməni qapıçının qoruduğu qapıya üç qol vurdum. Oyundan sonra şərhçi dedi: ‘Səni futbolçu kimi tanıyırdım, amma həm də məşqçi olduğunu biləndə şoka düşdüm". Elə bundan sonra uşaqlarla işim barədə müsahibə götürdülər".

Yetirmələrinin milliyyətcə müxtəlif olmasına baxmayaraq, Araz Ağasoyun indiyədək bir nəfər də olsun azərbaycanlı şagirdi olmayıb. Bu səbəbdən müsahibədə Rusiyada yaşayan azərbaycanlılara müraciət edib. O, onların uşaqlarını məşqlərə dəvət edib və maddi imkanı olmayanlarla ödənişsiz məşğul olmağa hazır olduğunu vurğulayıb. "Nəticədə mənə 4-5 azərbaycanlı ailə müraciət etdi və artıq bu gün ilk azərbaycanlı şagirdimi gözləyirəm".

O bildirib ki, uşaq komandaları turnirdə iştirak edir və hazırda ikinci pillədə qərarlaşıblar. "Komandamızın formasında Kamerun bayrağı təsvir olunub. Baş məşqçiyə dedim ki, uşaqlarla birlikdə işləyiriksə, Azərbaycan bayrağı da əlavə olunmalıdır. Hazırda bunun üzərində çalışırıq".

Bundan əlavə, Ağasoy qürurla qeyd edib ki, "gələcəyin Ronaldosu" adlandırdığı yetirmələrindən biri – Sergey hazırda "Lokomotiv"də məşq edir.

"Azərbaycana qayıtmağı arzulayıram"

Müsahibə yayımlandıqdan sonra Araz Ağasoyun sözlərinə görə, ona Bakıda uşaqlarla işləmək təklifi gəlib. Hazırda ailəsi Azərbaycanda yaşayır və özü də vətənə qayıtmağı planlaşdırır. "Hələ tezdir, amma bir-iki ilə evlənib Azərbaycana qayıtmaq və azərbaycanlı uşaqlarla işləmək arzusundayam", – deyə o bildirir.

Ağasoy azərbaycanlı uşaqlara futbol sevgisi aşılamaq və onlara öz həyat təcrübəsini ötürmək istədiyini deyir: "İstəyirəm ki, uşaqlar futboldan bezməsin, oyundan zövq alsınlar. Mən hər şeyə sıfırdan başlamışam, səbirli olmuşam və uşaqlara təkcə futbolu yox, çətinliklərin öhdəsindən gəlməyi də öyrədə bilərəm".

O, Azərbaycanın regional liqasında çıxış etməyə hazır olduğunu bildirib və Rusiyada doğulub böyüyən, lakin Azərbaycan millisində oynamaqdan imtina edən azərbaycanlı futbolçulara münasibətini açıqlayıb.

"Mən bunu böyük səhv hesab edirəm və belə seçimi qınayıram. Əgər məni Şirvan komandasına dəvət etsələr, hər şeyi atıb qaçaram. Milli komandaya çağırılsam – daha da artıq. Azərbaycan mənim torpağım, qanım və canımdır".

Ağasoy etiraf edib ki, Azərbaycan çempionatını izləmir, amma UEFA Çempionlar Liqasında "Qarabağ"a azarkeşlik edir. "Hətta mənimlə müsahibə aparan rus jurnalist də sonda dedi: ‘Qarabağ – irəli!""

Onun fikrincə, Azərbaycanda futbolda irəli getmək çox vaxt bəxtdən asılıdır. "Regional liqalarda oynayan, amma daha artığına qadir olan uşaqlar var. Kiminsə bəxti gətirir, kiminsə yox".

Ağasoy Rusiyada öz gücü ilə uğur qazanan azərbaycanlıların az olmadığını da bildirib və nümunə kimi karateçi Xəyal Qasımovu göstərib.

"Bizdə hamını irəli aparacaq vahid diaspora yoxdur. Hər kəs öz yolunu özü açır, amma bir-birimizlə əlaqə saxlamağa çalışırıq", – deyə o qeyd edib.

Sonda Araz Ağasoy bir daha mənşəyi ilə qürur duyduğunu vurğulayıb: "Videonun Azərbaycan mediası tərəfindən bu qədər yayıldığını görəndə şoka düşdüm. Şərhləri oxuyanda ağlamaq istəyirdim. Bu, inanılmaz hissdir. Çox sağ olun".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:49

Bakıda AFFA və BFA-nın birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursları keçiriləcək

Futbol
Bu gün, 15:41

AFFA və BFA-nın Birgə Təşkilatçılığı ilə D Kateqoriyalı Məşqçi Kursları Keçiriləcək

Futbol
Bu gün, 15:40

"Atletiko" Obed Qomes Varqası transfer etdi

Futbol
Bu gün, 15:37

Elçin Mustafayev və Bahadur Həziyev "Mingəçevir"ə transfer olundu

Futbol
Bu gün, 15:25

"Qalatasaray"ın transfer gündəmində son dəyişikliklər: Svanberq, Oula və Nhaqa

Futbol
Bu gün, 15:20

AFFA rəsmisi klubların lisenziyalaşdırılması prosesi barədə danışıb

Boks
Bu gün, 15:13

Azərbaycanlı boks hakimi Səudiyyə Ərəbistanı çempionatında hakimlik edəcək

Minifutbol
Bu gün, 15:00

Futzal üzrə Azərbaycan Kubokunun püşkü atıldı və iştirakçı komandalar məlum oldu

Futbol
Bu gün, 14:59

"Trabzonspor" "Fethiyespor" Kubok Matçına Hazırlaşdı: Heyətdə Zədəlilər Var, Rotasiya Gözlənilir

Futbol
Bu gün, 14:44

Klubların lisenziyalaşdırılması prosesində yeniliklər və monitorinq mərhələsi

Futbol
Bu gün, 14:40

Cavid İmamverdiyev "Sheki City" klubundan ayrıldı

Futbol
Bu gün, 14:31

"Atletik"də Uilyams qardaşlarına qarşı təhqirlər yenidən alovlandı

Futbol
Bu gün, 14:20

Angel Qomes "Vulverhemton"da - Rəsmi (İcarə)

Futbol
Bu gün, 14:19

Duqarri "Liverpul"un transfer siyasətini sərt tənqid edib

Minifutbol
Bu gün, 14:05

Futzal üzrə Azərbaycan Kuboku 2025-2026 mövsümünün püşkatma mərasimi keçirilib

Futbol
Bu gün, 14:00

"Qarabağ" və "Zirə"nin məşqçiləri Azərbaycan Kubokunun 1/4 final oyunlarını buraxacaqlar

Futbol
Bu gün, 13:52

Veysəl Rzayevin bıçaqlanması: Yeni təfərrüatlar, dava səbəbi və yanındakı futbolçu

Futbol
Bu gün, 13:46

Ronaldo "Əl-Nəsr"dən getmək istəyir, transfer siyasətindən narazıdır

Cüdo
Bu gün, 13:40

Azərbaycan "Böyük Dəbilqə"də 8 cüdoçu ilə təmsil olunacaq

Futbol
Bu gün, 13:37

Boris Xetaqurov: "Neftçi" mənim üçün doğma klubdur, amma məni ora dəvət etməyiblər

Futbol
Bu gün, 13:23

Lamin Yamal bütün karyerasını "Barselona"da keçirmək istəyir

Futbol
Bu gün, 13:20

"Xankəndi" Əli Mürsəlovu heyətinə qatıb

Olimpiada
Bu gün, 13:08

Azərbaycan Qış Olimpiya Oyunlarına hazırlıq və yola düşmə tarixi açıqlanıb

Futbol
Bu gün, 13:00

Adil Şükürov: "Fasilə komandaya faydalı oldu"

Oxşar xəbərlər