Rusiyada futbol klubunun azərbaycanlı sahibindən rüşvət alan hakim saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, rüşvət alma hadisəsi 2023-cü ilin noyabr ayında, "Alaniya" və "Ximki" komandalarının qarşılaşması zamanı baş verib.
Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, oyunun baş hakimi Moskva vilayətini təmsil edən "Ximki"nin rəhbərliyindən 2 milyon rubl rüşvət alıb.
Oyun "Ximki"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, həmin vaxt "Ximki"nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqov olub. O, hazırda Türkiyədə "Serik Belediyespor" klubunun səhmdarıdır.