top
Rüfət Abbasov: “Neftçi”yə qayıtmaq mənim üçün qürurdur” Idman.biz
13 iyun 2026, 14:01
- ↺ +

Rüfət Abbasov: “Neftçi”yə qayıtmaq mənim üçün qürurdur”

"Neftçi" akademiyasında yetişmişəm. "Neftçi" ölkəmizin böyük klubudur. Bura dönmək mənim üçün də çox xoşdur. Karyeramda növbəti addımdır. Təklif gələndə çox sevincli və qürurlu idim. Bu təklifi qəbul etmək lazım idi. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, "Neftçi"yə layiq olum".

Bu sözləri "Neftçi"nin futbolçusu Rüfət Abbasov deyib.

21 yaşlı müdafiəçi klubdan ayrıldıqdan sonra ciddi çalışdığını və "Neftçi"yə daha hazırlıqlı qayıtdığını vurğulayıb.

"Neftçi"dən ayrılandan sonra karyeram haqda düşündüm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım ki, daha da irəliləyim. Şükürlər olsun ki, hər şey mənim üçün yaxşı oldu. Artıq "Neftçi"yə bu dəfə daha təcrübəli şəkildə qayıdıram", - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Gənc futbolçu azarkeşlərin dəstəyini də xüsusi qeyd edib. O bildirib ki, "Forza Neftçi" üzvləri ona çoxlu dəstək mesajları göndəriblər:

"Azarkeşlərimiz nəticədən asılı olmayaraq komandanı hər oyunda dəstəkləyir, yanında olurlar. Biz də onların dəstəyinin qarşılığını qələbələrlə verməyə çalışacağıq. İnşallah, bu il bizim ilimiz olar. "Neftçi" kimi komandada həmişə məqsəd çempionluq olur".

Son iki mövsümdə "Şamaxı"nın formasını geyinən Abbasov həmin dövrün inkişafında mühüm rol oynadığını söyləyib. O, xüsusilə baş məşqçi Ayxan Abbasovun ona göstərdiyi etimadı vurğulayıb:

"Son iki ildə "Şamaxı" ilə çox yaxşı mövsüm keçirdim. Bu dövr mənim üçün uğurlu alındı. Müntəzəm oynamaq futbolçunun inkişafına böyük təsir göstərir. İnsan nə qədər çox oynayırsa, performansı da bir o qədər artır. İnkişafımda ən böyük rollardan biri də Ayxan Abbasov oldu. Çünki heç kim güvənməyəndə o mənə inanaraq şans verdi. Buradan ona təşəkkürlərimi bildirirəm".

Rüfət millidəki hədəflərindən də danışıb. O, U-21 millisindən əsas milliyə keçidin onun üçün qürurverici olduğunu bildirib:

"U-21 millisində uzun müddət çıxış etdim. Artıq yavaş-yavaş əsas millidə də oyunlara çıxıram. Buna görə çox sevinir və qürur duyuram. Daimi olaraq milliyə dəvət almaq üçün bütün oyunlarda maksimum gücümlə çalışacağam. Son illərdə sol cinah müdafiəçiləri arasında adımın hallanması mənə əlavə motivasiya və məsuliyyət verir. Həm komandama, həm də milliyə çıxışımla töhfə vermək istəyirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Dünən, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Digər
Dünən, 22:59

Sərbəst dalış üzrə dünya rekordçusu Janin Qrasmeyer 33 yaşında vəfat edib

Futbol
Dünən, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb;

Futbol
Dünən, 22:55

II Liqada XIII turun təyinatları məlum oldu

Futbol
Dünən, 22:50

İngiltərə klubu Nyuklasın yeni hədəfi: Ayvan Toni

Futbol
Dünən, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Futbol
Dünən, 22:45

Barselonanın sabiq futbolçusu Deko həyat yoldaşı ilə Bakı küçələrində - FOTO

Futbol
Dünən, 22:40

"İnter" "Nyukasl"ın Espoziton 60 milyon avroya almaq təklifini rədd etdi

Futbol
Dünən, 22:31

„Nyukasl“ „Mançester Yunayted“in Tonin və Holla ilə bağlı transfer planlarını poza bilər

Qarabağ FK
Dünən, 22:20

Qurban Qurbanovun nazirlik mesajı: Sabırli olun, Qarabağ geri qayıdacaq

Futbol
Dünən, 22:16

Belarusun 272 sakini olan Dolbizno kəndinin "Niva" klubu yüksək liqaya vəsiqə qazandı

Voleybol
Dünən, 22:02

Qaspari

Futbol
Dünən, 22:00

La Liqa prezidenti Real və Barselona hakimlərə təzyiq göstərdiyini bildirib

Futbol
Dünən, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Futbol
Dünən, 21:47

İraola "Brüssel"in son 11 oyunda 10 qələbə, 1 heç-heçə etdiyini bildirib

Oxşar xəbərlər