Atlantada keçirilən yoldaşlıq oyununda ABŞ millisi doğma meydanda Portuqaliyaya məğlub olub. Sport24.az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyanın heyətində Fransisko Trincao və Joao Feliks fərqlənib.
Qeyd edək ki, Meksika ilə (0:0) oyunda olduğu kimi bu qarşılaşmad da Kriştiano Ronaldo da iştirak etməyib. Ulduz futbolçu zədə səbəbindən millinin təlim-məşq toplanışına dəvət olunmayıb.