Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"dəki vəziyyətdən narazıdır və oyunlarda iştirak etməkdən imtina edir. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Mənbənin sölərinə görə, Ronaldo "Əl-Nəsr"in "Ər-Riyad"la növbəti oyununu buraxmaq niyyətindədir. Kriştiano Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etməsindən narazıdır. Portuqaliyalı həmçinin "Əl-Nəsr"ə investisiya qoyuluşunun azlığından şikayətlənir.
Ronaldonun fikrincə, xüsusilə də "Əl-Nəsr"lə müqayisədə, klub rəhbərliyi transfer bazarında passiv təsir bağışlayır.
Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.