Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr" növbəti matçını keçirib.
İdman.biz xəbər verir ki, Kriştiano Ronaldonun komandası "Əl-Riyad"la qarşılaşıb.
Portuqaliyalı ulduz bu görüşdə iki dəfə fərqlənərək komandasının qələbəsində əsas fiqur olub. Matç 5:1 hesabı ilə yekunlaşıb. Digər qolları Joao Feliks (2) və Kinqsli Koman vurub. "Əl-Riyad"ın yeganə qolunu isə Mamadu Silla qeydə alıb.
Qeyd edək ki, üç turdan sonra "Əl-Nəsr" 9 xalla turnir cədvəlində liderliyini qoruyur.
İdman.biz