FIFA milli komandaların yenilənmiş reytinqini dərc edib.
İdman.Biz xəbər verir ki, ilk pillədə yenə də İspaniya millisi qərarlaşıb. Sonrakı yerləri Argentina, Fransa və İngiltərə tutur. Beləliklə, reytinqin ilk dördlüyündə dəyişiklik olmayıb.
İki pillə irəliləyən Portuqaliya millisi isə beşinci sıraya yüksəlib. Komanda son matçlarını Kriştianu Ronaldunun milli komandanın düşərgəsini qalmaqallı şəkildə tərk etməsi fonunda keçirib.
Braziliya altıncı, Mərakeş isə yeddinci pilləyə enib. İlk onluqda, həmçinin Belçika, Niderland və Meksika yer alıb.
Milli komandaların FIFA reytinqinin növbəti yenilənməsi noyabrın 18-də olacaq.