"Barselona"nın yarımmüdafiəçisi Rodri La Liqanın 10-cu turunda "Real Madrid"ə 1:2 hesablı məğlub olduqları "El-Klasiko"nu dəyərləndirib.
İdman.Biz "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid təmsilçisinin həmin qarşılaşmada daha güclü olduğunu etiraf edib.
Rodri komandasının hücumda kifayət qədər təhlükəli vəziyyətlər yarada bilmədiyini bildirib:
"Əgər rəqib meydanda səndən güclüdürsə, bunu dürüst şəkildə qəbul etməlisən. Həmin axşam rəqibin cərimə meydançasında kifayət qədər kəskin oynaya bilmədik".
Yarımmüdafiəçi mövsümün hələ başlanğıc mərhələsində olduqlarını xatırladaraq qarşıdakı oyunlarda vəziyyəti dəyişə biləcəklərinə inandığını vurğulayıb:
"Hələ oktyabr ayıdır və bu, yaxşı haldır. Qarşıda uzun mövsüm var. Qalan oyunlara təvazökarlıqla yanaşmalı, səylə çalışmağa davam etməli və buraxdığımız səhvləri aradan qaldırmalıyıq".
Qeyd edək ki, oktyabrın 25-də keçirilən qarşılaşmada "Real Madrid"in hər iki qolunu Kilian Mbappe vurub. "Barselona"nın yeganə qolunun müəllifi isə Rafinya olub.