top
Rəşad Sadıqov Sabahın heyətinə görə məyusluğunu və legioner limitinin təsirini açıqladı Idman.biz
17 may 2026, 22:20
- ↺ +

Rəşad Sadıqov "Sabah"ın heyətinə görə məyusluğunu və legioner limitinin təsirini açıqladı

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda "Sumqayıt" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularına təşəkkür edib və komandasının mövsümün ən yaxşı oyunlarından birini keçirdiyini bildirib.

"İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün əvvəl ağır məğlubiyyət yaşamışdıq. Buna baxmayaraq, futbolçular son dəqiqəyə qədər meydanda əllərindən gələni etdilər. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm oynadı", - deyə Sadıqov bildirib.

"Sabah"ın "Neftçi" ilə matçdakı start heyəti barədə suala cavab verən baş məşqçi bunu gizlətməyib:

"Düzünü desəm, "Sabah"ın start heyətini görəndə bir az məyus oldum. Bu, rəqabətdir. Biz də istəyirik ki, rəqiblərimiz xal itirsin. "Neftçi"ni ürəkdən təbrik edirəm. Onlar xüsusilə çempionatın sonuna yaxın meydanda əzmkarlıq göstərdilər və avrokuboklara vəsiqəyə layiq idilər".

Sadıqov azarkeşlərlə söhbətinə də toxunub:

"Mübahisə etmirdik, sadəcə danışırdıq. "Zirə"nin azarkeş sayı çox deyil, bəzilərini simadan tanıyıram. Erenlə bağlı sual verilmişdi. Ola bilsin, kubok finalında onun erkən əvəzlənməsi ilə bağlı idi. Həm İssa, həm də Eren zədəli idi. Əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi?"

Baş məşqçi legioner limitindəki dəyişikliklərin komandaya ciddi təsir etdiyini də qeyd edib:

"Son üç ildə dörd yarışda ikinci olmuşuq. Bu, "Zirə" üçün böyük nəticədir. Azarkeşlər daha artığını istəyirlər. Legioner limitinin dəyişdirilməsi bizim üçün ciddi problem yaratdı. Mövsüm boyu zədələr və futbolçu itkiləri də oldu. Açığı, bu mövsüm 6-7-ci yerlərdə olsaydıq, təəccüblənməzdim. Amma klubumuza, camiəmizə və azarkeşlərimizə sona qədər mübarizə apardıqları üçün təşəkkür edirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Qarabağ FK
Bu gün, 17:30

İspaniya və Serbiya klublarından Azərbaycan U17 milli komandasına dəvət

Futbol
Bu gün, 17:29

Portuqaliyanın "Porto" klubu Avropada bərabərsiz qalır

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Futbol
Bu gün, 16:46

Braziliyalı hücumçu Rişarlisonun agenti Trabzonsporla görüş istəyib

Futbol
Bu gün, 16:45

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

Cüdo
Bu gün, 16:35

DİN-ə məxsus cüdo komandası açıq çempionatda xüsusi kuboka sahib oldu

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Digər
Bu gün, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Oxşar xəbərlər