top
Rəşad Sadıqov: Avrokuboklara vəsiqə qazanmasaq, mövsümü uğursuz hesab edəcəm Sport24.az
19 mart 2026, 18:04
- ↺ +

Rəşad Sadıqov: Avrokuboklara vəsiqə qazanmasaq, mövsümü uğursuz hesab edəcəm

Misli Premyer Liqasının 25-ci turunda "Zirə" səfərdə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb:

 

- Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda "Karvan-Yevlax"ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.

 

- "Zirə" əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?

- Arxayınlıq deməzdim. İki dəfə "İmişli" ilə, bir dəfə "Kəpəz"lə, bir dəfə də "Şamaxı" ilə matçda xal itirmişik. "Şamaxı"nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var.

 

- "Araz-Naxçıvan" və "Neftçi"nin yaxınlaşması sizdə təzyiq yaradır?

- Biz bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək.

 

- "Zirə" 4-cü yeri tutmasa, necə dəyərləndirəcəksiz?

- Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq mövsümü uğursuz hesab edəcəm.

 

- Nəyi necə etməlisiniz ki, avrokuboklara vəsiqə qazanasız?

- Əvvəlki illərdə necə etmişiksə, təkrarlayırıq. Nəsə yeni bir şey yoxdur. Yeni olan şey odur ki, bu il rəqiblərimiz daha güclüdür. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb - standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir.

 

- Milli fasilə işinizə yarayacaq?

- Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə olaraq zədədən dönən futbolçularımız var. Bu baxımdan bəlkə faydası ola bilər. Digər tərəfdən bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça ən yaxşı formada hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.

 

- Rəqibin qolunda dərhal dördüncü hakimə etiraz etdiz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsüz?

- Yox, yox. Mən əslində yüngül etiraz etdim. Başqa vaxt daha çox edərdim. Oyundan əvvəl özümü hazırlamışdım ki, meydanın kənarında çox emosional olmayım. Çünki matçın gərgin keçəcəyini gözləyirdim. Düşünürdüm ki, bu gün sakit olmağımın futbolçulara daha çox faydası olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Oxşar xəbərlər