top
Rəşad Eyyubovun müsahibəsi: Məqsədim bu seçmə mərhələdə 10-dan çox xal toplamaqdır və böyük futbol üçün oyunçu hazırlamaqdır Sport24.az
12 mart 2026, 10:00
- ↺ +

Rəşad Eyyubovun müsahibəsi: "Məqsədim bu seçmə mərhələdə 10-dan çox xal toplamaqdır və böyük futbol üçün oyunçu hazırlamaqdır"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubovun Sport24.az-a müsahibəsi

- Komandanın hazırkı durumu necədir? Yəqin ki, yığmaya cəlb olunacaq oyunçuları izləyirsiniz?
- ⁠Biz hər futbolçunu izləyirik. Onların haqqında statistik məlumatlar da var. Oyunlarına baxırıq. Artıq geniş məşqçi heyətimiz qurulub. Hər matça bir mütəxəssis gedir, oyunçuları izləyir. Hamısı daim nəzarətimizdədir.

- Yığmaya namizədlərin durumu nə vəd edir? Onlardan razısınızmı?
- ⁠Bir az çətin sualdır. Çünki bəzi futbolçular klublarında çox forma şansı əldə edirlər. Bəziləri isə istdəyimiz qədər yox. Sadəcə, bu dəqiqələrin keyfiyyətinin daha da yüksək olmasını istəyərdim.

- Bəzən deyirlər ki, U-21-ə cəlb olunan futbolçular klublarında yetərincə oynamırlar. Bu da istər-istəməz millidə özünü göstərir. Sizcə, yetərincə forma şansı əldə etməmək futbolçudan asılıdır, yoxsa klubların qarşısına qoyulan məqsədə görə daha təcrübəli futboçulara güvənirlər?
- ⁠Düşünürəm ki, bu suala bir cavab verə bilmərəm. Çünki bu mövsüm Premyer Liqada limitin olmadığını bilirik. Bu qayda ilə də razıyam. Düşünürəm ki, həqiqətən limit, heç bir məhdudiyyət olmamalıdır. Oyunçular üçün süni mühit yaratmamalıyıq. Sadəcə, problem nədə yaranır? Klublar bu qaydadan necə istifadə edirlər. Məncə, bəzi gənc oyunçularımızın legionerlərlə elə də böyük fərqi yoxdur. Eyni nəticəni yerli futbolçularla da qazanmaq olardı. Oyunçuların oynadıqları dəqiqələrə görə çox da narazı deyiləm. Çünki deyə bilərəm ki, 18-20 futbolçumuz var ki, daim oynayırlar. Bu barədə problemimiz yoxdur.

- Cari seçmə mərhələdə yığmanın qarşısına hansı məqsəd qoyulub?
- ⁠İlk növbədə məqsədimiz böyük futbol və milli komanda üçün oyunçu hazırlamaqdır. Bu, əsas məqsəddir. Növbəti hədəf isə hər matçda yaxşı nəticəyə nail olmaqdır.

- Rəşad Eyyubov olaraq özünüzə hansı hədəfi seçmisiniz? Hansı nəticə sizə görə uğurlu hesab ediləcək?
- ⁠Öz şəxsi ambisiyalarımdan danışıramsa, məqsədim bu seçmə mərhələdə 10-dan çox xal toplamaqdır.

- Bəs rəhbərlik bu barədə nə düşünür? Yəqin ki, görüş zamanı bu barədə söhbət etmisiniz?
- ⁠Rəhbərlik tərəfindən üzərimizdə hansısa təzyiq yoxdur. Əlbəttə, bu məsələ haqqında danışmışıq. Əsas məqsəd odur ki, futbolçuları növbəti addım üçün hazırlayaq.

- Qarşıda beş oyun qalıb. Hansı matçlarda özünüzü favorit görürsünüz?
- ⁠Rəqiblərimizdən Portuqaliya digərlərindən daha güclüdür. Amma bir az detallı analiz etsək, deyərdim ki, Çexiya bu rəqibdən geri qalmır. Mənim üçün hər ikisi eyni səviyyədədir. Amma yenə də hansısa oyuna mənfi düşüncə ilə çıxmırıq. Rəqib Portuqaliyadır və şansımız yoxdur demirik. Hər qarşılaşmaya maksimum hazırlaşırıq. Bəzi rəqiblər var ki, bizdən texniki, taktiki və sürət baxımdan üstündürlər. Amma heç biri yaxşı nəticəni, qələbəni bizdən daha çox istəyə bilməz.

- Gənc mütəxəssis hesab edilirsiniz və hazırda gənclərlə işləyirsiniz. Sizcə, azərbaycanlı futbolçu avropalı həmyaşıdından nədə geri qalır? Düşüncədə, taktikada, texnikada, yoxsa fuksional hazırlıqda?
- ⁠Düşünürəm ki, Avropada ətraf mühit onları məcbur edir ki, daha da peşəkar olsunlar. Çünki 16-17 yaşlı futbolçu bazarda qalır, fitness məşqlərini edir. Məşqdən sonra istəsə, qala bilər. Fərdi məşqlə məşğul olur. Fikirləşirəm ki, ilk növbədə ətraf mühit onları məcbur edir ki, peşəkar olsunlar. Beləliklə, daha tez inkişaf etmiş olurlar!

- Sadaladığınız məsələlər 1-2 klubumuz istisna bizdə də var. Amma yenə də istədiyimizi görə bilmirik.
- ⁠Hansı klubumuzda var?

- "Qarabağ", "Neftçi" və "Sabah"da…
- Akademiyalardan çox şey asılıdır.

- Demək istəyirsiniz ki, akademiyalarda vəziyyət biz istədiyimiz səviyyəyə çatmayıb?
- ⁠Təəssüf ki, elədir. Hətta deyə bilərəm ki, Premyer Liqa klublarının əksəriyyətində şərait yoxdur ki, gənc oyunçuları daha da peşəkar olmağa məcbur etsinlər. Akademiyadan danışırıqsa, şərait yoxdur.

- Elit yığmaları kənara qoyaq. Avropadakı ortabablar yığmalara da yaxınlaşmırıq? Məsələn, bayaq Çexiyanl vurğuladınız…
- ⁠Çexiya ilə səfər oyununda fərqin hiss olunduğunu gördük. Hələlik bu yoldayıq.

- Sualı belə qoyaq. Ora çatmaq üçün nə etməliyik? Planlı şəkildə nə iş görməliyik ki, ən azından Şərqi Avropaya çata bilək?
- ⁠Artıq bir ildən çoxdur ki, yığmalarda işləyirəm. Bu barədə məndən çox soruşurlar. Əsas mövzu da bu olur. U-21-in baş məşqçisiyəm, əsas məqsədim həmin komandanı maksimum hazırlaşdırmaq və nəticə qazanmaqdır. Futbolumuzu necə qaldıraq? Bunu məndən də çox bilən insanlar var. Necə etməli olduğumuzu məndən də yaxşı bilirlər.

- Hər uğurun təməli olmalıdır. Məsələn, özbəklər aşağı yaş qruplarında nailiyyətlə əldə etmişdilər. Sonra mundiala vəsiqə qazandılar. Bunu Ukraynada da görmüşük. Sizcə, U-21 millisinə daha çox diqqət ayrılmalı deyilmi?
- ⁠Uğurun kökü U-21 yox, daha da aşağı komandalardır. Çünki U-21 əsas yığmaya sonuncu addımdır. Məncə, U-21-dən əvvəl artıq təməl qoyulmalıdr.

- Bəziləri düşünür ki, futbolçularımız mental cəhətdən Avropadakı həmyaşıdlarından geri qalırlar. Bu fikirlə razısınız?
- ⁠Xeyr. Razı deyiləm.

- U-20 millimizə yeni portuqaliyalı baş məşqçi təyin olundu. Rui Jorje ilə görüşmüsünüz?
- ⁠Hələ ki, xeyr.

- Fikirləşirdim ki, gənclərlə işlədiyinizə görə yeni baş məşqçi sizlə təmas qurar… Sizcə, Rui Jorje uğurlu ola biləcək? Dünya çempionatına ev sahibliyi edəcəyik.
- ⁠İnanıram ki, hə.

- Potensialımız var?
- ⁠Bəli.

- Nəyə əsasən bu fikirdəsiniz? Aşağı yaş qruplarındakı nəticələrimiz ürəkaçan deyil.
- ⁠Uğuru təkcə nəticə ilə qiymətləndirməyək.

- Yekunda kimin uğurlu, kimin uğursuz olduğunu turnir cədvəli göstərir…
- ⁠Əsas məsələ budur ki, sizin üçün uğur nədir?

- Rəşad Eyyubov üçün uğur nədir?
- ⁠Mən U-21-in baş məşqçisiyəm. Bizim üçün nəticə həqiqətən önəmlidir. Amma ilk növbədə oyunçuların yığmadan klublara qayıdanda millinin ab-havasını unutmamasına çalışmalıyıq.Bunu hiss etməlidirlər. Nə qədər önəmli və məsuliyyətli yer olduğunu anlamalıdırlar. Bu, əsas milli və böyük futbol üçün onlara kömək olacaq.

- Bir çox mütəxəssislə birlikdə işləmisiniz. Ən çox kimin iş metodunu bəyənmisiniz?
- ⁠İqor Ponomaryovla da işləmişəm. Vasiliy Berazustki ilə də çalışdım. Murad Musayevin məşqçilər korpusu ilə yaxın idim. Yığmada Fernandu Santuşla birlikdə idik. Hər birindən nəsə öyrənə bildim. İqor Ponomaryov futbolçularla ünsiyyət qurmağı çox yaxşı bacarır. Berazutskidən oyunçuları necə məsuliyyətə cəlb etmək lazımdır, onu öyrəndim. Santuşla yaxşı nəticə qazana bilməsək də ondan çox şey öyrənə bildim.

- Hazırda çempionatımızın səviyyəsindən razısınız?
- ⁠Bəli. Bu il rəqabət daha da çoxdur. Düşünürəm ki, "Qarabağ" dominantlıq etməkdə çətinlik çəkir.

- Karyeranızı "Sabah"da bitirdiniz, məşqçiliyə orada başladınız. Cari mövsüm belə nəticə gözləyirdiniz?
- ⁠Sözün düzü, ilk oyunlardan sonra xeyr. Komanda tam formalaşmamışdı. Yeni oyunçular uyğunlaşmamışdı. Oyundan-oyuna məşqçinin fəlsəfəsinə uyğun oynadıqlarını hiss edirdim. Nəticə isə göz qabağındadır.

- Son illər "Sabah"ın düşərgəsində olmusunuz. Sizcə, hazırkı baş məşqçi nəyi dəyişə bilib ki, komanda çempionluğa oynayır? 
- ⁠İlk növbədə təməldən çox şey asılıdır. Klubun təməli yaxşıdır. 4-5 oyunçu sadəcə heyəti gücləndirir. Təməl isə əvvəldən qoyulub. Valdas Dambrauskas futbolçuların potensialını tam aça bilib.

- Sizcə, "Sabah" - "Qarabağ" rəqabətində sevinən tərəf kim olacaq?
- ⁠Bunu zaman göstərəcək. Bu barədə dəqiq heç nə deyə bilmərəm. Bütün oyunlarda qalib gəlsə, "Sabah" çempion olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Oxşar xəbərlər