21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.
İdman.biz xəbər verir ki, Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
AFFA rəhbərliyi gənc mütəxəssislərə etimad göstərərək onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
Qurumdan bildirilib ki, U-21 komandası əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən komandanın məşqçi heyəti əsas yığmanın baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə sıx əməkdaşlıq şəraitində çalışacaq. Məqsəd gənc futbolçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmasına şərait yaratmaqdır.