top
Rəşad Eyyubov U-21-in məqsədləri və Portuqaliya oyunu öncəsi hazırlıqlar barədə danışıb Idman.biz
26 mart 2026, 14:25
- +

Rəşad Eyyubov U-21-in məqsədləri və Portuqaliya oyunu öncəsi hazırlıqlar barədə danışıb

Heç bir rəqib qələbəni Azərbaycan U-21 millisindən daha çox arzulaya bilməz.

İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Eyyubov deyib.

33 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

O bildirib ki, futbolçular psixoloji baxımdan qələbəyə hazır olmalıdırlar:

"Rəqibin kimliyindən asılı olmayaraq, istər Portuqaliya, istərsə də başqa komanda olsun, biz hər oyuna qalibiyyət istəyi ilə çıxmalıyıq. Əsas məqsədimiz oyunçuları A milliyə hazırlamaqdır. Vacib olan onların müsbət təcrübə qazanması və növbəti mərhələyə keçərkən mental cəhətdən qalibiyyətlərə hazır olmalarıdır".

R.Eyyubov komandanın müəyyən çətinliklərlə qarşılaşdığını da gizlətməyib.

Baş məşqçi bildirib ki, əsas problemlərdən biri futbolçuların fərqli liqalarda çıxış etməsidir:

"Bəzi oyunçular Əvəzedicilər Liqasında, digərləri isə Birinci Liqa və Premyer Liqada oynayırlar. Bu səbəbdən onların fiziki durumunu eyni səviyyəyə gətirmək asan deyil. Ən böyük çətinliyimiz də məhz budur. Bununla belə, fiziki baxımdan oyuna hazırıq".

O, taktiki hazırlıqdan da söz açıb:

"Qısa zaman ərzində futbolçulara lazım olan maksimum taktiki məlumatı çatdırmağa çalışmışıq. Artıq əsas məsələ mental hazırlıqdır və bu da oyunçuların özlərindən asılıdır".

Eyyubov əlavə edib ki, futbolçulara daim özlərinə inanmağı tövsiyə edir: "Onlara deyirəm ki, hədəflərini yüksək qoysunlar və buna inansınlar. Sadəcə bunu deməklə kifayətlənmək olmaz, meydanda əməli şəkildə sübut etmək lazımdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:18

“Qarabağ”dan ayrılan Abdullah Zubir Azərbaycanı tərk etdi

Futbol
Bu gün, 09:58

İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib

Futbol
Bu gün, 09:25

Azərbaycan Premyer Liqası: Sabah - Kəpəz görüşü

Futbol
Bu gün, 09:20

Seneqalın keçmiş baş məşqçisi federasiyadan 646 min avro tələb edir

Futbol
Bu gün, 09:13

"Liverpul" İbrahim Mbaye üçün ilk təklifini irəli sürəcək

Futbol
Bu gün, 09:00

"Sabah" "Kəpəz" ilə qarşılaşır

Minifutbol
Bu gün, 09:00

„Araz-Naxçıvan“ və „İmişli“ üz-üzə

Minifutbol
Bu gün, 08:20

"Araz-Naxçıvan" "İmişli" ilə qarşılaşır

Futbol
Bu gün, 08:14

Çelsi “Mançester Siti”nin 120 milyon funt sterlinq təklifini nəzərdən keçirəcək

Futbol
Bu gün, 07:11

Endrik “Şalke 04” matçında iştirak etməyəcək

Futbol
Bu gün, 06:10

Kristian Romero “Tottenhem”i tərk edib

Futbol
Bu gün, 05:17

Avropa çempionu Çiro İmmobile futbol karyerasını başa vurub

Futbol
Bu gün, 04:13

Breel Embolo MLS klubuna keçməyə yaxındır

Futbol
Bu gün, 03:05

Komo klubu Çelsinin hücumçusunu transfer etməyə çalışır

Futbol
Bu gün, 02:04

Kərim Benzema əvəzlənməsindən narazı qalaraq məşqçi ilə mübahisə edib

Futbol
Bu gün, 01:53

Atalanta yoldaşlıq oyununda Atletik Bilbaonu məğlub edib

Futbol
Bu gün, 01:35

Koventri Siti yoxlama oyununda Monakonu məğlub edib

Futbol
Bu gün, 00:55

Türkiyə Superliqası: Qalatasaray debütant Arca Çorumu məğlub edə bilməyib

Futbol
Bu gün, 00:32

Dastan Satpayev 2026/2027 mövsümünü “Börnli”də keçirəcək

Futbol
Bu gün, 00:10

Kilian Mbappe: „Əminəm ki, bu mövsüm titul qazanmağa qayıdacağıq“

Futbol
Dünən, 23:57

Misli Premyer Liqasının 1-ci turu: Turan Tovuz - Qəbələ

Futbol
Dünən, 23:49

"Liverpul"un səhmlərinin bir hissəsi "1892 Holdings"ə satılıb

Futbol
Dünən, 23:32

Qalatasaray Aleksey Batrakov üçün 25 milyon avro təklif edib

Futbol
Dünən, 23:15

Əliyar Ağayev "Rakuv" - "Hayduk" oyununa təyinat alıb

Oxşar xəbərlər