AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının IX turunda baş tutan \"Şəfa\" - \"Kəpəz\" matçında baş hakim Cavid Cəlilovun ilk penalti qərarının yanlış olduğunu təsdiqləyib.
\"Report\" xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.
R.Həsənov baş hakimin matçın 15-ci dəqiqəsində \"Şəfa\"nın qapısına təyin etdiyi ilk penaltinin səhv qərar olduğunu vurğulayıb.
O, ümumilikdə 6 oyundakı mübahisəli epizodları dəyərləndirib.
Rəhim Həsənov Cavid Cəlilovun penalti qərarının yanlış olduğunu təsdiqləyib