"Real" qapıçısı Tibo Kurtua ilə müqaviləni uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər razılığa gəlib və yaxın zamanda rəsmi açıqlama veriləcək.
Kurtua ilə "Real" arasında 1 illik anlaşma imzalanacaq.
Qeyd edək ki. belçikalı qolkiper 2018-ci ildən Madrid klubunda forma geyinir. O, bu mövsüm La Liqada 9 oyuna çıxıb.