top
Real Madrid Negreyra işi ilə bağlı FIFA və UEFA-ya müraciət etməyə hazırlaşır Idman.biz
31 may 2026, 18:42
- ↺ +

"Real Madrid" Negreyra işi ilə bağlı FIFA və UEFA-ya müraciət etməyə hazırlaşır

İspaniyanın "Real Madrid" futbol klubu "Barselona" ilə bağlı Negreyra işi üzrə FIFA və UEFA-ya müraciət etməyə hazırlaşır.

İdman.Biz "OKDiario"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi İspaniya futbolunda son illərdə qeydə alınan mübahisəli hakim qərarları ilə bağlı geniş hesabat hazırlayıb. Klub həmin sənədi prezident seçkisindən sonra həm UEFA-ya, həm də FIFA-ya göndərmək niyyətindədir.

Mənbənin yazdığına görə, dosyedə "Real Madrid"in nəticələrinə təsir etdiyi iddia olunan epizodlar, mübahisəli qərarlar və hakimliklə bağlı statistik göstəricilər yer alacaq. Klub bu addımı "Barselona"nın Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişləri fonunda beynəlxalq səviyyədə araşdırma aparılması üçün atır.

"Real Madrid" rəhbərliyi hakimlik sistemində ciddi böhran yaşandığını düşünür. Madrid klubunda mübahisəli qərarların tez-tez təkrarlanmasını təsadüf kimi qəbul etmirlər və bu səbəbdən məsələni beynəlxalq futbol qurumlarının diqqətinə çatdırmaq istəyirlər.

Florentino Peres daha əvvəl açıqlamasında Neqreyra işini dünya futbol tarixinin ən böyük qalmaqallarından biri adlandırıb. O bildirib ki, "Real Madrid" bu məsələ ilə bağlı mühüm dosye hazırlayır və UEFA-nın hadisəyə kökündən müdaxilə etməsini istəyir.

Məlumata görə, "Barselona" 2001-2018-ci illərdə Neqreyra ilə əlaqəli şirkətlərə ümumilikdə 8,4 milyon avro (16,8 milyon AZN) ödəyib. Madrid təmsilçisi hesab edir ki, bu dövrdə baş verən hakim qərarları və yarış nəticələri tam araşdırılmalıdır.

Bildirilir ki, "Real Madrid"in hazırladığı dosye təxminən 500 səhifədən ibarətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Bu gün, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Bu gün, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Bu gün, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Bu gün, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Oxşar xəbərlər