top
“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq Idman.biz
Bu gün, 01:38
- ↺ +

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

"Real Madrid"in braziliyalı futbolçusu Eder Militaonun Madriddəki evi qarət olunub. Futbolçuya dəymiş zərərin 350 min avrodan (təxminən 695 min manat) çox olduğu bildirilir.

İdman.Biz İspaniyanın "El Mundo" qəzetinə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də "Barselona" ilə "Real Madrid" arasında keçirilən La Liqa matçı (2:1) zamanı baş verib.

Ən azı iki nəfər Madridin La Moraleha yaşayış ərazisində yerləşən evə üçüncü mərtəbədəki hamam otağının pəncərəsindən daxil olub. Həmin vaxt Militaonun qohumları birinci mərtəbədə televizor vasitəsilə qarşılaşmanı izləyirmiş.

Yerli vaxtla saat 21:50 radələrində polis əməkdaşları və yaşayış kompleksinin mühafizəçiləri evə gələrək şübhəli şəxslərlə bağlı sakinləri sorğu-sual ediblər. Bundan sonra evə baxış zamanı futbolçunun yataq otağının qarət olunduğu aşkarlanıb.

Məlumata görə, oğrular 53 min avro dəyərində "Rolex" və 170 min avroluq "Richard Mille" saatlarını aparıblar. Bundan başqa, təxminən 15 min avroluq "Chanel" çantaları, 25 min avroluq "Cartier" zinət əşyaları və digər qiymətli əşyalar oğurlanıb.

Hadisə zamanı evin siqnalizasiya sistemi aktiv olmayıb. Cinayətkarlar müşahidə kameralarından birini yerindən qoparsalar da, onların bir neçə saniyəlik görüntüsü qeydə alınıb.

Polis həmin görüntüləri və yaşayış kompleksinin ətrafındakı kameraların qeydlərini araşdırır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Oxşar xəbərlər