"Çelsi"nin futbolçusu Mark Kukurelya karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" sol cinah müdafiəçisini transfer etmək istəyir.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Kukurelya 2022-ci ildən "Çelsi"də çıxış edir. O, "zadəganlar"la 163 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.