"Real" yayda "Liverpul"un futbolçusu Dominik Şoboşlayini heyətinə qatmağa çalışacaq.BSport24.az xəbər verir ki, "kral klubu" 25 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır.
Onlar bunun üçün "Liverpul"a 90 milyon avro ödəməyi planlaşdırır.
2023-cü ildən Mersisayd klubunun formasını geyinən macar futbolçunun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, "Liferinq", "Zaltsburq" klublrında da oynayıb.