"Real"ın qapıçısı Tibo Kurtua Madrid klubunun dünya futboluna təsirindən danışıb.
Sport24.az "Madrid Universal"-a istinadən xəbər verir ki, belçikalı qolkiper "Real"ı dünyanın ən yaxşı klubu adlandırıb:
"Kənardan inanılmaz bir tamaşadır, amma içəridə olana qədər "Real"ın futbola təsirini başa düşməyəcəksiz. Hər mövsüm klub Çempionlar Liqasını qazanmaq üçün mübarizə aparır. "Real" dünyanın ən yaxşısıdır, içəridə olanda hər şeyi görürsən".