top
Rauf Məmmədov: Mançester Yunaytedin son uğurları və Karrikin rolu məni sevindirir Idman.biz
26 yanvar 2026, 17:31
- +

Rauf Məmmədov: "Mançester Yunayted"in son uğurları və Karrikin rolu məni sevindirir

İngiltərə Premyer Liqasında (İPL) "Mançester Yunayted"in son uğurları "Qırmızı şeytanlar"ın uzun illərdir sadiq və fəal azarkeşi olan Azərbaycanın aparıcı qrossmeysterlərindən biri Rauf Məmmədovu da biganə qoymayıb.

İdman.Biz-in məlumatına görə, İPL-in son iki turunda "Mançester Yunayted" çempionatın liderləri olan "Mançester Siti"ni (2:0) və "Arsenal"ı (3:2) məğlub edib. Bu nəticələr sayəsində yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında "Qırmızı şeytanlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib və hətta çempionluq mübarizəsinə qoşulmaq şansı əldə ediblər.

"Mançester Yunayted"in azarkeşi olan azərbaycanlı qrossmeyster Rauf Məmmədovun fikrincə, bu qələbələrdə klubun yeni baş məşqçisinin rolu böyükdür.

"Mançester Yunayted"in son iki qələbəsi məni çox sevindirdi. Həm də xoşdur ki, məşqçi öz adamıdır. Düşünürəm ki, Sulşer də özümüzdən idi. Klubda həm nəticə, həm də oyun istəyirdilər və indi bunlar var. Ona görə də Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm. Komandanın çempionluq uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə isə, hesab edirəm ki, bu mövsüm əsas məqsəd yenə də Çempionlar Liqasına vəsiqə qazanmaqdır", – deyə Məmmədov bildirib.

Qeyd edək ki, daha əvvəl mediada Ule Qunnar Sulşerin "Mançester Yunayted"in mümkün qayıdışı ilə bağlı məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi seçimində Karrikə üstünlük verib.

Bu il üçün planlarından danışan qrossmeyster bildirib ki, hazırda bütün diqqətini fevral ayında keçiriləcək Azərbaycan çempionatına hazırlığa yönəldib. Xatırladaq ki, Rauf Məmmədov həmin turnirdə son çempion statusunda çıxış edəcək.

"Hazırda Azərbaycan çempionatına hazırlaşıram və ötənilki uğuru təkrarlamağa çalışacağam. Turnir, əlbəttə ki, ötənilkindən fərqli olacaq, çünki Teymur Rəcəbov, Vasif Durarbəyli və Vüqar Əsədli iştirak etməyəcəklər. Buna baxmayaraq, çempionat çox güclü və rəqabətli keçəcək", – deyə şahmatçı qeyd edib.

Rauf Məmmədov həmçinin hazırda Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" turnirində çıxış edən azərbaycanlı qrossmeyster Aydın Süleymanlının oyununa da münasibət bildirib. Hazırda Aydın lider cütdən yarım xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

"Aydın əladır, artıq ikinci ildir ki, birinci yer uğrunda mübarizə aparır. Ona uğurlar arzulayıram və inanıram ki, sonda qələbə qazanacaq", - deyə R.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı Veyk-an-Ze turnirində 1-2-ci yerləri bölüşmüş, lakin əlavə göstəricilərə görə ikinci pillə ilə kifayətlənmişdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:56

Qəbələdə İmişli Sumqayıtı məğlub etdi

Futbol
Bu gün, 21:50

„Beşiktaş“ Mauro İkardidan imtina edib

Futbol
Bu gün, 21:35

„İmişli“ yoxlama oyununda „Sumqayıt“ı 4:1 hesabı ilə darmadağın edib

Futbol
Bu gün, 21:20

Mixaylo Mudrik “Çelsi”nin düşərgəsinə qayıdıb

Basketbol
Bu gün, 20:57

Neftçi basketbol komandasının yeni baş məşqçisi kimdir

Futbol
Bu gün, 20:32

Rahid Əmirquliyev “Səbail”ə qayıdıb

Futbol
Bu gün, 20:18

Cordan Henderson „Çelsi“yə keçib

Güləş
Bu gün, 20:03

Həsrət Cəfərov 2026-cı ilin avqust ayı üçün Azərbaycan idmançılarının reyting cədvəlində birinci yerdədir

Futbol
Bu gün, 19:48

Barselona Rodri ilə müqavilə bağlamağa hazırdır

Futbol
Bu gün, 19:33

Turan Tovuz Türkiyə Superliqası təmsilçisini 4:0 hesabla darmadağın edib

Futbol
Bu gün, 19:17

"Sumqayıt" braziliyalı hücumçu ilə müqavilə bağlayıb

Basketbol
Bu gün, 19:02

Məşhur amerikalı basketbol məşqçisi Çikaqoda qətlə yetirilib

Futbol
Bu gün, 18:32

Şanxay Şenhua klubu rusiyalı məşqçisini işdən çıxardı

Futbol
Bu gün, 18:29

Borussiya 18 yaşlı yunan yarımmüdafiəçini transfer edib

Basketbol
Bu gün, 17:56

Konstantinos Vasiliadis “Neftçi”-yə baş məşqçi təyin edilib

Futbol
Bu gün, 17:47

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ilə müqavilə uzadılıb

Digər
Bu gün, 17:34

Azərbaycan velosipedçisi Viktoriya Sidorenko Çində qələbə qazanıb

Minifutbol
Bu gün, 17:20

Zirə Brahim Konate ilə yollarını ayırdı

Futbol
Bu gün, 17:05

"Zirə" Brahim Konatenin klubdan ayrildı

Voleybol
Bu gün, 16:51

Koreya milli komandasının hücumçusu “Turan”da

Qarabağ FK
Bu gün, 16:24

Qarabağın Konfrans Liqasında rəqibi müəyyənləşib

Futbol
Bu gün, 16:23

15 yaşlı Cey-Cey Qabriel "Mançester Yunayted"də debüt etdi

Futbol
Bu gün, 15:51

Kamilla Məmmədova: "Şaxtyor"da adaptasiya prosesi çətin keçmədi

Futbol
Bu gün, 15:34

Lui van Qal Niderland millisinə qayıdışını düşünür

Oxşar xəbərlər