top
Rauf Məmmədov: Karrikin Mançester Yunaytedin başında olmasına sevinirəm və Azərbaycan çempionatına hazırlıq Idman.biz
26 yanvar 2026, 17:31
- +

Rauf Məmmədov: "Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm" və Azərbaycan çempionatına hazırlıq

İngiltərə Premyer Liqasında (İPL) "Mançester Yunayted"in son uğurları "Qırmızı şeytanlar"ın uzun illərdir sadiq və fəal azarkeşi olan Azərbaycanın aparıcı qrossmeysterlərindən biri Rauf Məmmədovu da biganə qoymayıb.

İdman.Biz-in məlumatına görə, İPL-in son iki turunda "Mançester Yunayted" çempionatın liderləri olan "Mançester Siti"ni (2:0) və "Arsenal"ı (3:2) məğlub edib. Bu nəticələr sayəsində yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında "Qırmızı şeytanlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib və hətta çempionluq mübarizəsinə qoşulmaq şansı əldə ediblər.

"Mançester Yunayted"in azarkeşi olan azərbaycanlı qrossmeyster Rauf Məmmədovun fikrincə, bu qələbələrdə klubun yeni baş məşqçisinin rolu böyükdür.

"Mançester Yunayted"in son iki qələbəsi məni çox sevindirdi. Həm də xoşdur ki, məşqçi öz adamıdır. Düşünürəm ki, Sulşer də özümüzdən idi. Klubda həm nəticə, həm də oyun istəyirdilər və indi bunlar var. Ona görə də Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm. Komandanın çempionluq uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə isə, hesab edirəm ki, bu mövsüm əsas məqsəd yenə də Çempionlar Liqasına vəsiqə qazanmaqdır", – deyə Məmmədov bildirib.

Qeyd edək ki, daha əvvəl mediada Ule Qunnar Sulşerin "Mançester Yunayted"in mümkün qayıdışı ilə bağlı məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi seçimində Karrikə üstünlük verib.

Bu il üçün planlarından danışan qrossmeyster bildirib ki, hazırda bütün diqqətini fevral ayında keçiriləcək Azərbaycan çempionatına hazırlığa yönəldib. Xatırladaq ki, Rauf Məmmədov həmin turnirdə son çempion statusunda çıxış edəcək.

"Hazırda Azərbaycan çempionatına hazırlaşıram və ötənilki uğuru təkrarlamağa çalışacağam. Turnir, əlbəttə ki, ötənilkindən fərqli olacaq, çünki Teymur Rəcəbov, Vasif Durarbəyli və Vüqar Əsədli iştirak etməyəcəklər. Buna baxmayaraq, çempionat çox güclü və rəqabətli keçəcək", – deyə şahmatçı qeyd edib.

Rauf Məmmədov həmçinin hazırda Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" turnirində çıxış edən azərbaycanlı qrossmeyster Aydın Süleymanlının oyununa da münasibət bildirib. Hazırda Aydın lider cütdən yarım xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

"Aydın əladır, artıq ikinci ildir ki, birinci yer uğrunda mübarizə aparır. Ona uğurlar arzulayıram və inanıram ki, sonda qələbə qazanacaq", - deyə R.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı Veyk-an-Ze turnirində 1-2-ci yerləri bölüşmüş, lakin əlavə göstəricilərə görə ikinci pillə ilə kifayətlənmişdi.

Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 16:49

Gəncə Avropa Kuboku: beş Azərbaycan cüdoçusu finalda + FOTO

Cüdo
Bu gün, 16:45

Natiq Bağırov: Gəncə Kuboku milli komandaya seçim turniridir

Futbol
Bu gün, 16:39

"Neftçi" İfeanyi Metyu ilə müqaviləni uzadır

Olimpiada
Bu gün, 16:37

Azərbaycan yelkənçiləri Sloveniyada "Sailing Point Easter Regatta - 2026" yarışında mübarizə aparır

Futbol
Bu gün, 16:28

De Bruyne "Napoli"dən ayrılacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 16:23

Azərbaycanın U-19 qadın milli futbol komandasının Avropa çempionatının seçmə mərhələsinin II raundu üçün heyəti və oyun təqvimi açıqlanıb

Voleybol
Bu gün, 16:20

Qadın voleybolçular arasında Yüksək Liqanın yarımfinal mərhələsinin oyun cədvəli açıqlanıb

Cüdo
Bu gün, 16:13

Gəncə Avropa Kuboku: Azərbaycanlı yeniyetmə cüdoçulardan final sevinci

Futbol
Bu gün, 16:02

Azərbaycanın çimərlik futbolu millisi Moldova və "Alanyaspor"la yoldaşlıq oyunları keçirəcək

Futbol
Bu gün, 16:00

İtaliya A Seriyası, 31-ci tur: "İnter" və "Milan"ın qarşılaşmaları və turnir cədvəlinə təsiri – İDMAN.BİZ-in İCMALI

Basketbol
Bu gün, 15:59

Azərbaycan Basketbol Liqası: "Gəncə" "Lənkəran" üzərində qələbə qazandı, NTD - "Sumqayıt" oyunu bu gün

Futbol
Bu gün, 15:59

Mate Abuladze: "Qəbələ" ilə oyun turnir cədvəlinə görə prinsipial olacaq

Futbol
Bu gün, 15:53

Kadi Borqes "Qarabağ"da 40-cı qolunu vurub

Futbol
Bu gün, 15:48

"Sabah"dan Azərbaycan Kubokunda Yubiley Qolu

Futbol
Bu gün, 15:48

Kadi Borqes "Qarabağ"da 40-cı qolunu vurub

Futbol
Bu gün, 15:39

Türk Dünyası Parlamentlərarası Futbol Turnirində Azərbaycanlı Deputat Zədələndi

Futbol
Bu gün, 15:35

Azərbaycan Kubokunda Yarımmfinal Məhsuldarlığı: 18 İldən Sonra Tarixi Təkrar

Futbol
Bu gün, 15:29

Esmir Bayraktareviç "Milan"ın maraq dairəsində

Digər
Bu gün, 15:20

Əli Həşimli İdman Rəqsləri Federasiyasının planlarından danışdı

Futbol
Bu gün, 15:10

Azərbaycan Kubokunda 18 İllik Rekord Təkrarlandı: Yarımfinal Oyunlarında Qollar Bolluğu

Cüdo
Bu gün, 15:03

Natiq Bağırov: Azərbaycan Avropa Kubokunda iştirakçı ölkələrin sayının artmasını arzulayır

Futbol
Bu gün, 15:00

Elgiz Kərəmli: "İrəli atıldığımız anlarda müdafiədə boşluqlar verdik"

Voleybol
Bu gün, 14:59

Kişi voleybol üzrə Yüksək Liqanın yarımfinal oyunlarının təqvimi bəlli oldu

Olimpiada
Bu gün, 14:55

Xüsusi Olimpiyaçılar üçün üzgüçülük məşqlərinə start verildi

Oxşar xəbərlər