top
Rauf Məmmədov: Karrikin Mançester Yunaytedin başında olmasına sevinirəm və Aydın Süleymanlıya uğurlar arzulayıram Idman.biz
26 yanvar 2026, 17:31
- +

Rauf Məmmədov: Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm və Aydın Süleymanlıya uğurlar arzulayıram

İngiltərə Premyer Liqasında (İPL) "Mançester Yunayted"in son uğurları "Qırmızı şeytanlar"ın uzun illərdir sadiq və fəal azarkeşi olan Azərbaycanın aparıcı qrossmeysterlərindən biri Rauf Məmmədovu da biganə qoymayıb.

İdman.Biz-in məlumatına görə, İPL-in son iki turunda "Mançester Yunayted" çempionatın liderləri olan "Mançester Siti"ni (2:0) və "Arsenal"ı (3:2) məğlub edib. Bu nəticələr sayəsində yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında "Qırmızı şeytanlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib və hətta çempionluq mübarizəsinə qoşulmaq şansı əldə ediblər.

"Mançester Yunayted"in azarkeşi olan azərbaycanlı qrossmeyster Rauf Məmmədovun fikrincə, bu qələbələrdə klubun yeni baş məşqçisinin rolu böyükdür.

"Mançester Yunayted"in son iki qələbəsi məni çox sevindirdi. Həm də xoşdur ki, məşqçi öz adamıdır. Düşünürəm ki, Sulşer də özümüzdən idi. Klubda həm nəticə, həm də oyun istəyirdilər və indi bunlar var. Ona görə də Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm. Komandanın çempionluq uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə isə, hesab edirəm ki, bu mövsüm əsas məqsəd yenə də Çempionlar Liqasına vəsiqə qazanmaqdır", – deyə Məmmədov bildirib.

Qeyd edək ki, daha əvvəl mediada Ule Qunnar Sulşerin "Mançester Yunayted"in mümkün qayıdışı ilə bağlı məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi seçimində Karrikə üstünlük verib.

Bu il üçün planlarından danışan qrossmeyster bildirib ki, hazırda bütün diqqətini fevral ayında keçiriləcək Azərbaycan çempionatına hazırlığa yönəldib. Xatırladaq ki, Rauf Məmmədov həmin turnirdə son çempion statusunda çıxış edəcək.

"Hazırda Azərbaycan çempionatına hazırlaşıram və ötənilki uğuru təkrarlamağa çalışacağam. Turnir, əlbəttə ki, ötənilkindən fərqli olacaq, çünki Teymur Rəcəbov, Vasif Durarbəyli və Vüqar Əsədli iştirak etməyəcəklər. Buna baxmayaraq, çempionat çox güclü və rəqabətli keçəcək", – deyə şahmatçı qeyd edib.

Rauf Məmmədov həmçinin hazırda Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" turnirində çıxış edən azərbaycanlı qrossmeyster Aydın Süleymanlının oyununa da münasibət bildirib. Hazırda Aydın lider cütdən yarım xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

"Aydın əladır, artıq ikinci ildir ki, birinci yer uğrunda mübarizə aparır. Ona uğurlar arzulayıram və inanıram ki, sonda qələbə qazanacaq", - deyə R.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı Veyk-an-Ze turnirində 1-2-ci yerləri bölüşmüş, lakin əlavə göstəricilərə görə ikinci pillə ilə kifayətlənmişdi.

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 16:10

Boks üzrə gənclər arasında Azərbaycan birinciliyində rəqabət yüksək səviyyədə olub

Futbol
Bu gün, 16:02

Türkiyədə hakimin başına skuter atdılar: Oyun dayandırıldı, azarkeş sərbəst buraxıldı

Futbol
Bu gün, 16:00

"Sabah": Çempionluq Uğrunda Rəqabətə Rəng Qatan Komanda

Futbol
Bu gün, 15:50

Luis Enrikedən "Monako" oyunu öncəsi qapıçısız oynamaq zarafatı

Futbol
Bu gün, 15:40

"Xankəndi" Həsrət Mürsəlovu transfer edib

Olimpiada
Bu gün, 15:38

"Olimpiya kəndi": 1924-cü il Paris Olimpiadasında taxta evlərdən müasir komplekslərə

Cüdo
Bu gün, 15:29

Yeniyetmə cüdoçular üçün sağlam qidalanma və performans seminarı keçirilib

Futbol
Bu gün, 15:26

"Xankəndi" yeni yarımmüdafiəçi transfer edib

Futbol
Bu gün, 15:21

"İnter" Hakan Çalhanoğlu ilə müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 15:20

"Qəbələ" klubundan hakimlərin qərarlarına dair bəyanat

Futbol
Bu gün, 15:19

"Nyukasl" "Qarabağ"la oyun üçün Bakıda - FOTO

Gimnastika
Bu gün, 15:13

Xədicə Qasımova BƏƏ-dəki turnirdəki çətinliklərdən və qələbədən danışdı

Gimnastika
Bu gün, 15:11

Yekaterina Sariyeva: "Balqan Oyunlarında ən yaxşı nəticəmi yeniləyib dünya çempionatına qatılmaq istəyirəm"

Futbol
Bu gün, 15:00

Litva - Azərbaycan matçı "Darius i Girėnas" stadionunda keçiriləcək

Futbol
Bu gün, 14:59

Buffon: Ronaldo cərimə meydançasında əsl vəhşi idi, onun kimi oyunçu görməmişəm

Futbol
Bu gün, 14:55

FIFA Dünya Çempionatına azarkeş marağının aşağı səviyyədə olması FIFA-nı narahat edir

Futbol
Bu gün, 14:53

"Traktor" Məhəmməd Rabieini yeni baş məşqçi təyin etdi

Futbol
Bu gün, 14:51

Vaqif Cavadov: Nəriman Axundzadənin ABŞ-dakı uğuru milli komandaya da təsir edəcək

Futbol
Bu gün, 14:50

Yeqor Boqomolski "Zirə"dən "Ural"a icarəyə verilib

Futbol
Bu gün, 14:47

Yeqor Boqomolski "Ural" klubuna icarəyə verildi

Futbol
Bu gün, 14:40

"Nyukasl" "Qarabağ" oyunu ərəfəsində heyətində dəyişiklik edib

Futbol
Bu gün, 14:39

"Traktor"un baş məşqçisi Mohammad Rabiei oldu

Futbol
Bu gün, 14:35

Əmrə Bələzoğlu: "Sabah ürəyim 'Qarabağ'la döyünəcək"

Futbol
Bu gün, 14:34

Yeqor Boqomolski "Zirə"dən "Ural"a icarəyə verilib

Oxşar xəbərlər