top
Rauf Məmmədov: Karrikin Mançester Yunaytedin başına keçməsinə sevinirəm Idman.biz
26 yanvar 2026, 17:31
- +

Rauf Məmmədov: Karrikin "Mançester Yunayted"in başına keçməsinə sevinirəm

İngiltərə Premyer Liqasında (İPL) "Mançester Yunayted"in son uğurları "Qırmızı şeytanlar"ın uzun illərdir sadiq və fəal azarkeşi olan Azərbaycanın aparıcı qrossmeysterlərindən biri Rauf Məmmədovu da biganə qoymayıb.

İdman.Biz-in məlumatına görə, İPL-in son iki turunda "Mançester Yunayted" çempionatın liderləri olan "Mançester Siti"ni (2:0) və "Arsenal"ı (3:2) məğlub edib. Bu nəticələr sayəsində yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında "Qırmızı şeytanlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib və hətta çempionluq mübarizəsinə qoşulmaq şansı əldə ediblər.

"Mançester Yunayted"in azarkeşi olan azərbaycanlı qrossmeyster Rauf Məmmədovun fikrincə, bu qələbələrdə klubun yeni baş məşqçisinin rolu böyükdür.

"Mançester Yunayted"in son iki qələbəsi məni çox sevindirdi. Həm də xoşdur ki, məşqçi öz adamıdır. Düşünürəm ki, Sulşer də özümüzdən idi. Klubda həm nəticə, həm də oyun istəyirdilər və indi bunlar var. Ona görə də Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm. Komandanın çempionluq uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə isə, hesab edirəm ki, bu mövsüm əsas məqsəd yenə də Çempionlar Liqasına vəsiqə qazanmaqdır", – deyə Məmmədov bildirib.

Qeyd edək ki, daha əvvəl mediada Ule Qunnar Sulşerin "Mançester Yunayted"in mümkün qayıdışı ilə bağlı məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi seçimində Karrikə üstünlük verib.

Bu il üçün planlarından danışan qrossmeyster bildirib ki, hazırda bütün diqqətini fevral ayında keçiriləcək Azərbaycan çempionatına hazırlığa yönəldib. Xatırladaq ki, Rauf Məmmədov həmin turnirdə son çempion statusunda çıxış edəcək.

"Hazırda Azərbaycan çempionatına hazırlaşıram və ötənilki uğuru təkrarlamağa çalışacağam. Turnir, əlbəttə ki, ötənilkindən fərqli olacaq, çünki Teymur Rəcəbov, Vasif Durarbəyli və Vüqar Əsədli iştirak etməyəcəklər. Buna baxmayaraq, çempionat çox güclü və rəqabətli keçəcək", – deyə şahmatçı qeyd edib.

Rauf Məmmədov həmçinin hazırda Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" turnirində çıxış edən azərbaycanlı qrossmeyster Aydın Süleymanlının oyununa da münasibət bildirib. Hazırda Aydın lider cütdən yarım xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

"Aydın əladır, artıq ikinci ildir ki, birinci yer uğrunda mübarizə aparır. Ona uğurlar arzulayıram və inanıram ki, sonda qələbə qazanacaq", - deyə R.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı Veyk-an-Ze turnirində 1-2-ci yerləri bölüşmüş, lakin əlavə göstəricilərə görə ikinci pillə ilə kifayətlənmişdi.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Elgiz Kərəmli: "İrəli atıldığımız anlarda müdafiədə boşluqlar verdik"

Voleybol
Bu gün, 14:59

Kişi voleybol üzrə Yüksək Liqanın yarımfinal oyunlarının təqvimi bəlli oldu

Olimpiada
Bu gün, 14:55

Xüsusi Olimpiyaçılar üçün üzgüçülük məşqlərinə start verildi

Futbol
Bu gün, 14:48

Limada stadion tribunası çökdü: Ölən və yaralananlar var

Digər
Bu gün, 14:45

"Braveball": Futbol və Boksun Qəddar Qarışığı Şərqi Avropanı Fəth Edir

Futbol
Bu gün, 14:38

Kadi Borqes "Sabah"la cavab oyununda əylənməyə baxacağını dedi

Cüdo
Bu gün, 14:37

Kamran Talıbov: "Gəncədəki yeniyetmələr arasında Avropa Kubokundan gözləntilərimiz böyükdür"

Futbol
Bu gün, 14:30

"Çelsi" Valentin Barkonun transferi üçün "Strasburq"la razılaşıb

Futbol
Bu gün, 14:28

Kadi Borqesin "Qarabağ"da 40-cı qolu

Futbol
Bu gün, 14:22

La Liqa: "Atletiko" - "Barselona" və "Malorka" - "Real Madrid" oyunlarına baxış - İDMAN.BİZ

Futbol
Bu gün, 14:09

Azərbaycan Kubokunun yarımfinalında 18 illik məhsuldarlıq rekordu təkrarlanıb

Basketbol
Bu gün, 14:01

Kuper Fleqq NBA tarixində 50+ xal toplayan ən gənc basketbolçu oldu

Futbol
Bu gün, 14:00

"Turan Tovuz"un U-16 qapıçısı Yusif Həsənova Rusiya və Türkiyədən təklif var

Futbol
Bu gün, 14:00

Azərbaycan parlamentariləri TÜRKPA futbol turnirində ikinci olub

Futbol
Bu gün, 13:54

"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsinə çatıb

Gimnastika
Bu gün, 13:50

"AGF Trophy": Komanda hesabında Qazaxıstan birinci oldu - YENİLƏNİB + FOTO

Futbol
Bu gün, 13:47

"Sabah" Azərbaycan Kubokunda 50-ci qolunu "Qarabağ"la matçda vurub

Boks
Bu gün, 13:38

Konor Makqreqor boks rinqində rəqibini nokdauna saldı - VİDEO

Futbol
Bu gün, 13:30

II Liqanın 21-ci turunun hakim təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:22

Limada Stadionda İzdiham: 1 Ölü, Onlarla Yaralı

Gimnastika
Bu gün, 13:20

Barbara Dominqes: Azərbaycan məşq üçün inanılmaz şəraitə malikdir

Futbol
Bu gün, 13:00

Vernidub Metyu ilə davam etmək qərarını verdi: "Neftçi"də qalacaq

Boks
Bu gün, 12:42

Bakıda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş kikboksinq turniri keçiriləcək

Voleybol
Bu gün, 12:34

Azərbaycan Yüksək Liqası: qadın voleybolçuların yarımfinal cədvəli açıqlandı

Oxşar xəbərlər