top
Ramin Musayev: “Pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur” İdman.biz
11 iyun 2024, 13:02
- ↺ +

Ramin Musayev: “Pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur”

"Qazaxıstan zəif komanda deyil".

Bunu İdman.bizə Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev deyib.

O, bu gün Macarıstanda keçiriləcək Azərbaycan – Qazaxıstan oyununu dəyərləndirib. Musayevin sözlərinə görə, əvvəldən də tanış rəqiblə qarşılaşma asan olmayacaq: "Millimiz bu gün müvəqqəti məşqçi Arif Əsədovun rəhbərliyi altında meydana çıxacaq. Futbolçu üçün bunun fərqi böyükdür. Çünki komanda daimi baş məşqçi olduğu zaman daha məsuliyyətli oynayır. Hər halda, təyin edilən məşqçi ən azından cavabdehlik daşıyar. Bütün bunlarla yanaşı, hazırda futbolçuların istirahət vaxtıdır. Baş məşqçi məsələsinə aydınlıq gəlsəydi, daha ürəklə oynayarlar. Həmçinin artıq öz güclərini göstərməlidirlər. Bu gün üçün yaxşı futbolçularımız var. Sadəcə onlardan yaxşı istifadə etmək lazımdır".

PFL-in sabiq rəhbəri Azərbaycan millisində baş məşqçi postuna əcnəbinin gətirilməsinin də əleyhinə olduğunu vurğulayıb: "AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu sahədə düzgün qərar verəcək. O, gəncdir və istəklidir. Bu sahədə 20 illik təcrübəsi olan biri kimi deyə bilərəm ki, yerli baş məşqçidən yapışmaq lazımdır. Fikrimcə, öz məşqçilərimizdən yaxşısı yoxdur. Yerli futbolçularımızın nəyə malik oluğunu çox gözəl bilir. Ancaq ona da müəyyən səlahiyyətlər verilməli və qarsısın filankəsi oynatmalısan kimi şərtlər qoyulmamalıdır. Bir sözlə, xaricdə ehtiyatda oturanlar oynatmaq lazım deyil. Praktikaya nəzər salsaq əcnəbi baş məşqçilərlə nə əldə etdiyimizi görərik. Bizə heç bir xeyirləri dəyməyib. Ona görə də yalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur. Yerli mütəxəssis nəticə verməsə, ən azı sabah şəhərə çıxanda azarkeşdən çəkinəcək ki, qarşımı kəsib sual verərlər. Xarici məşqçi uduzanda isə "nə edim belə alındı" deyir".

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 18:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər