Ramil Şeydayevin "Kocaelispor"da ümidləri doğrultmayıb. Sport24.az xəbər verir ki, millimizin üzvü yayda komandanı tərk edə bilər.
Türkiyə mətbuatında klubun millinin hücumçusuna 2 milyon avro transfer haqqı qoyduğu bildirilir. Ramilin də "Kocaelispor"u tərk etmək istədiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə 1-ci Liqasında çıxış edən "Kocaelispor" Superliqaya yüksəlmək vəzifənin öhdəsindən gələ bilməyib. Komanda pley-offda "Çorum"a uduzub.