Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" Polşa Ekstraklasasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda 33-ci turda " Zaglebie"nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 28 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb. Aktivində 21 xalı "LKS Lodz" 18 komanda arasında sonucudur.
Qeyd edək ki, Rahil Məmmədovun komandasının növbəti mövsüm aşağı liqada mübarizə aparacağı 2 tur əvvəldən dəqiqləşib