Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov "Şahdağ" klubunun prezidentini və yeni məşqçi heyətini qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı klubun gələcək fəaliyyəti və qarşıda duran hədəflərlə bağlı fikir mübadiləsi aparılıb.
"Şahdağ Qusar" yeni mövsümdə I Liqada mübarizə aparacaq.