top
Qurbanovdan narazılıq: “Cərimə zərbəsi olduğunu mən deməliyəm?” Sport24.az
26 yanvar 2025, 21:35
- ↺ +

Qurbanovdan narazılıq: “Cərimə zərbəsi olduğunu mən deməliyəm?”

Misli Premyer Liqasının XX turunun "Qarabağ" – "Turan Tovuz" (1:2) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Məğlub olmaq istəməzdik. Amma futbolçularım demək olar ki, 90 dəqiqə dominantlıq edə bildilər. Ancaq futbolun belə çrikin tərəfləri var. "Turan Tovuz"u təbrik edirəm.

 

– Son 2 oyunda kornerdən 4 qol buraxmısız…

– Keçən oyunla bağlı cavablandırdım. Amma belə necə olur bilmirəm. Cərimə meydançası daxilində qapıçının ətrafında 5 futbolçu varsa və onu blok edirlərsə necə olmalıdır. Hakimlər Komitəsinin sədri bu barədə necə düşünür? Neçə oyundur ki, həm korner, həm də cərimə zərbələrində belə hallar olur. Hətta oyundan qabaqda bu barədə futbolçularla danışıram. Amma qapıçı toxunulmazdırsa, burada toxunurlarsa necə olur, bilmirəm. 2-ci qol səhvimizdən oldu başa düşdük. Ancaq 1-ci qol… sanki hakimlər belə qollara bəsit yanaşırlar. Epizoda baxsaz, əllə itələyir bizim futbolçunu. Təkcə bizim yox, bütün oyunlarda belə hallar olur. Əlbəttə, bu məğlub olmağımıza səbəb deyil. Ancaq bu dəfə… Futbolçularımızı iki əlli kənara atırlar. Buna əsəbiləşdim. 10 dəfə baxdım epizoda. Faiq Hacıyevin tapşırığı ümumiyyətlə qapıçıya toxunmaq idi. Hər tərəfdən Şahruddini sıxdılar. Nəysə, belə hallar olur. Rəqibi təbrik edirəm. İstəkli idilər.

 

– Yəqin ki, hakimlərin sizə qarşı qərəzli olduğunu düşünmürsüz?

– Məsuliyyətsizdirlər. Cavid Cəlilov yaxşı oğlandır. Ancaq belə sadə yanaşma olmaz. Camaat həftələrlə, aylarla əziyyət çəkir. Sadə epizodlardan qollar buraxdıq. Orada cərimə zərbəsi olduğunu mən deməliyəm?

 

– Üzvü olduğunuz İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?

– Ehtiyac yoxdur. Ora belə şeylərin yeri deyil. Hakimlər Komitəsinin sədriylə belə epizodlar müzakirə olunur. Məsuliyyət çox vacibdir. Çünki burada biz aldığımızın haqqını verməliyik. Hamı bu düşüncəylə yanaşmalıdır. O cümlədən də hakim. Bəzi epizidlar oldu ki, normaldır. Təhlükə görünmürsə, anlaşılandır. Bəlkə də belə gərgin oyunlar az olur. Yenə deyirəm, bu məğlubiyyətimizə səbəb deyil. Ancaq futbolçularımın əziyyətinə heyfim gəlir. İnşallah ki, digər oyunlara hazırlaşmalıyıq.

 

– Oyunçularınızın psixoloji durumunu necə dəyərləndirərdiz? 

– Məncə, futbolçular çox yaxşı idilər. Sadəcə bir az daha hazırlıqlı olmaq lazım idi.Olsaydı verərdilər. Birinci epizodu soruşdum, yox idi. Digərini bilmirəm.

 

– Sizin İK-dan getməyinizlə bağlı xəbər doğrudur?

– Xahiş edirəm, mənə bu barədə sual verməyin. Hələ ki, heç bir şey yoxdur. İnanın ki, heç evdə belə vaxt ayıra bilmirəm. Ancaq iş ev, ev iş.

 

– Bu gün Musa Qurbanlı meydandan çıxandan sonra Yassin Benzia forvard kimi oynayırdı. Gələcək planlarınıza bununla bağlı bir şey nəzərdə tutursuz?

– Bütün oyunlarda yox, onu hücumda istifadə edəcəyik.

 

– Konkret olaraq danışıq apardığınız futbolçular var?

– Xeyr, heç bir danışıq olmayıb. Bəlkə 20 gün əvvəl 2 futbolçu ilə maraqlandıq. Danışığımız oldu və orada da qaldı.

 

– Əlinizdəki heyətlə mövsüm sonu çempion olacağına yetərlidir?

– Başqa çıxış yolumuz yoxdur. Say olaraq transfer etmək istəmirik. Futbolçunu kollektivə uyğunlaşdırmaq asan deyil. Mental olaraq onun kluba, ölkəyə adaptasiya olması çətindir. Bu, dəfələrlə olub. Görürsən ki, bizə uyğunlaşa bilməyib, amma başqa çempionatlarda daha yaxşı çıxış edib. "Qarabağ"da oynamaq asan deyil. Həm çempionluq, həm avrokuboklarda iştirak tələb olunur. Çox ehtiyatlanırıq. Bizim büdcəmiz böyük klublar kimi deyil. Çempionluq çətindir. Bir neçə belə oyun olsa çempionluq əldən gedə bilər. "Top-5" ölkələrində belə hallar olur. Arxayınlaşmaq olmaz. Futbolçularımda da görmədim. 90 dəqiqə 3 xal əlimizdə idi. 2 dəqiqə içərisində əldən getdi. Mən indiki heyəti daha yaxşı toparlaya bilərəm nəinki yeniləri.

 

– Avropa Liqasındakı rəqibiniz "Olimpiakos" haqda nə düşünürsüz?

– "Olimpiakos" güclü rəqibdir. Ən sürətli oynayan komandalardan biridir. Amma hazırlaşmalıyıq. Məncə, daha rahat oynayacayıq. Çünki stres az olacaq. Bu mövsüm yaxşı oyunlarımız oldu, amma nəticələrimiz yaxşı olmadı. İndi əlimizdəki futbolçuları qoruyub saxlamalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Oxşar xəbərlər