top
Qurban Qurbanov Qəbələ - Qarabağ oyunu və kubok cəzaları haqqında danışıb Sport24.az
09 may 2026, 19:37
- ↺ +

Qurban Qurbanov "Qəbələ" - "Qarabağ" oyunu və kubok cəzaları haqqında danışıb

"Qarabağ" Misli Premyer Liqasının 31-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərə təşəkkür edirəm. Futbolçular tam gücləri ilə oynadılar. Onlara iradlarım yoxdur. Qalib gələ də bilərdik, məğlub ola da. İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. "Qəbələ" həm oyununa, həm xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Tsxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram.

 

- 90 dəqiqə ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?

- Sona yaxın düşündük. Ehtiyat etdik ki, sistem pozula bilər. Həm də belə havada sonradan oyuna girənlərdə nəfəs almaqda çətinlik olur. Ümumiyyətlə səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunu pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə çox da ehtiyac yox idi. İstədik ki, futbolçular 90 dəqiqə oyunun gərginliyini hiss etsinlər.

 


- Kubokun "Sabah"la oyununun cəzaları açıqlandı. Belə ağır cəza və cərimələr gözləyirdiz?

- Deyəcək bir söz yoxdur. Belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız aqressiv hərəkət ediblər, hakimı təzyiq göstəriblər. Qərar verilib, biz də razılaşmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər