top
Qurban Qurbanov Narahatam: Zədələr məni narahat edir Sport24.az
01 fevral 2026, 21:06
- ↺ +

Qurban Qurbanov "Narahatam": Zədələr məni narahat edir

Misli Premyer Liqasının XVIII turunun "Qarabağ" – "Turan Tovuz" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Vacib qələbə idi. Futbolçularım xarakter göstərdilər. Azarkeşlərə təşəkkür edirəm, bizi dəstəklədilər. Yaxşı, bərk komandaya qarşı oynayırdıq. "Turan Tovuz"un özünəxas oyunu var. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər pauza, cərimə zərbəsi rəqibin üstünlüyü idi. Sona yaxın standart vəziyyətlərdən təhlükə yaratdılar.

 

– Adətən, səfər oyunlarından sonra ikinci heyətə üstünlük verirsiniz. Bu gün isə "Turan Tovuz"a qarşı əsas heyəti buraxmışdınız. Bu addımı çempionluq yolunda təhlükə yarandığı üçün atdınız?


– Belə hallar olur. Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdırlar. Həm də artıq ehtiyac var. Narahat olduğum zədələrdir. Belə matçlarda mikro zədələr yarana bilər. Futbolçuların hazırlığına baxandan sonra qərar verdik ki, bu heyətlə çıxaq.

 

– Çempionlar Liqasında yüksək səviyyədə oyunlar və hakimlər görmüsünüz. Bizim yerli FIFA referilərinə nə tövsiyə verə bilərsiniz?


– Heç nə, oyun zamanı emosiyalar olur. Sadəcə bir az çox oyun dayanırdı. Bəzi epizodları davam etdirmək olardı. Elçin Məsiyev təyinat alanda rahat oluram. Çünki Avropa təcrübəsi var, oyun tempini yaxalaya bilər. Bəzi anlarda emosiyalara qapıldıq, lakin sonra ona bildirdim səbəbi. Normal qarşıladı. Biz kənardayıq və bəzi epizodlarda yanıla bilərik. Sadəcə oyun çox dayananda bir az aqressiya yaranır. Tempin düşməsinə görə fikirlərimi bildirmişdim. Amma ümumi götürəndə onlar bizdən daha yaxşı bilirlər.

 

– 21 il sonra "Nyukasl"ın stadionuna gedəcəksiniz. Xatirənizdə necə qalıb?


– Normal, olduğu kimi. O vaxt çılğın azarkeşlər var idi, bir az vahiməli idi. Orda sanki başqa bir futbol var. İngiltərə Premyer Liqası bütün liqaları üstələyir. Dünən yəqin "Liverpul" – "Nyukasl" oyununa baxdınız, ilk hissədə demək olar, oyun 2 dəfə dayandı, ya yox. Orda futbol başqadır. Hər komanda sona kimi mübarizə aparır. Elə bil forma yaranıb ki, sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, qol olur.

 

– İbrahima Vadjinin epizodunda qırmızı vərəqə və sizin qolunuzda ofsayd şübhəsi var idi. Təkrara baxmışdınız?


– "Qırmızı"ya ehtiyac yoxdur. İstəmərəm ki, bəsit vərəqələr verilsin. Futbol mübarizələr oyunudur. O epizodlar azarkeşlərdə daha həvəs yaradır. 100 faizlik epizodlara qırmızı vərəqə verilməlidir, amma Vadjidə məncə, ehtiyac yox idi. Qola gəlincə, təkrara baxdım, təmiz qol idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Oxşar xəbərlər