İsveçin "Yurqorden" klubunun idman direktoru Bosse Andersson azərbaycanlı hücumçu Musa Qurbanlının paytaxt təmsilçisində keçirdiyi vaxtdan danışıb və onun "Qarabağ"a keçməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, klubun rəsmi saytına danışan Bosse millinin də şərəfini qoruyan forvardı barədə bunları deyib:
"Musa Azərbaycan milli komandası üçün gənc və perspektivli futbolçudur. Onun karyerasının bu mərhələsində oyun təcrübəsi qazanmaqsı vacibdi. Musa bizimlə çətin yaz mövsümü keçirdi: oyun vaxtı məhdud idi. Bu, futboldur və bəzən dalana dirənirik. Onun indiki halda keçidi hər iki tərəf üçün ən yaxşısıdır. İndi Musa özünü yaxşı tanıdığı, statusunun və ona inamının yüksək olduğu bir mühitdə tapacaq. "Qarabağ"la bu məsələdə yaxşı dialoqumuz olub. "Yurqorden"də olduğu müddətdə Musa ən peşəkar şəkildə hərəkət etdi. O, daha yaxşı olmaq üçün çox çalışan və hələ də ambisiyası olan futbolçudur. Musaya gələcək karyerasında uğurlar arzulayıram".
Qeyd edək ki, Musa Qurbanlı mövsümlərarası fasilədə İsveç təmsilçisindən ayrılaraq "Qarabağ"la 3 illik müqavilə bağlayıb.