"Valensiya" Giorgi Mamardaşvilinin gedişindən sonra onu əvəzləyəcək qapıçı tapıb. Sport24.az AS-a istinadən xəbər verir ki, "yarasalar" "Rayo Valyekano"nun qapıçısı Stole Dimitrievski ilə anlaşıb. Şimali Makedoniya millisinin qapıçısı ilə iki 2 illik müqavilə imzalanacaq.
Dimitrovski karyerası ərzində "Rabotniçki", "Qranada", "Ximnatsik" klublarının formasını geyindikdən sonra 2019-cu ildə "Rayo Valyekano"ya transfer olunmuşdu.