top
Turan Tovuzun rəsmiləri bu dəfə Utrextin düşərgəsində Sport24.az
16 may 2024, 19:59
- ↺ +

"Turan Tovuz"un rəsmiləri bu dəfə "Utrext"in düşərgəsində

"Turan Tovuz"un İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyevin Niderlanda səfəri başa çatıb.  Sport24.az klubun mətbuat xidmətinə isinadən xəbər verir ki, PSV və "Feyenoord"dan sonra  nümayəndələr üçüncü komandanın - "Utrext"in düşərgəsində olublar.

 

Akademiya koordinatorlarından olan Rik van der Horst 3 ayrı prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat nümayiş etdirib. Təqdimatda akademiyanın iş prinsipinin və fəlsəfəsinin təşkili, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib. Geniş fikir mübadiləsi zamanı koordinator sualları cavablandırıb. Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində  iştirak ediblər. "Turan Tovuz" akademiyasının koordinatoru Rasim Əliyev məşqlərdə xüsusi qeydlər götürüb. Daha sonra nümayəndələr "Utrext"in baş məşqçisi Ron Yansla bir araya gəliblər.

 

Baş məşqçi Ayxan Abbasovla görüşdə geniş və ətraflı fikir mübadiləsi aparılıb. Təcrübəli niderlandlı mütəxəssis əsas komandanın fiziki, taktiki, psixoloji hazırlığı eləcə də həftəlik məşq proqramlarının tərtibi, oyun və rəqib analizlərinin aparılması barədə geniş məlumat verib. Səfərin sonunda nümayəndələr "Utrext"in  əsas komandası və akademiyasının ixtiyarına verilən infrastrukturla tanış olublar. 

 

Qeyd olunub ki, klubun strategiyasına uyğun olaraq beynəlxalq təcrubə toplamaq və əlaqələri gücləndirmək üçün belə səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Oxşar xəbərlər