top
Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı Idman.biz
Bu gün, 11:28
- ↺ +

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Portuqaliyanın "Sportinq" klubu kişi voleybolu üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın "Xilasedici" komandasına məğlub olaraq mübarizəni dayandırıb. Gözlənilməz nəticə Portuqaliyada məyusluqla qarşılanıb.

İdman.Biz xəbər verir ki, yerli idman nəşrləri ölkə çempionunun uğursuz çıxışını geniş işıqlandırıb. Komandanın baş məşqçisi Juao Koelyu da rəqibin üstünlüyünü etiraf etməklə yanaşı, Azərbaycan voleybolçularının davranışından narazılığını ifadə edib.

Xüsusilə "Sportinq"in baş məşqçisinin oyundan sonrakı açıqlaması diqqət çəkib. O, komandasının evdə 2:3 hesabı ilə uduzmasından və həlledici "qızıl set"də məğlubiyyətindən sonra azarkeş dəstəyinin olmamasından gileylənib.

"Azarkeşlərimizin dəstəyi olmadan belə bir mübarizəni başa vurmaq çox çətindir. Rəqib komandamız azarkeşlərinin qarşısında olsaydı, özünə bu cür təxribatçı davranışa icazə verməzdi", - deyə Koelyunun sözlərini A Bola nəşri yayıb.

Mütəxəssis "Xilasedici"nin hansı hərəkətlərini təxribat hesab etdiyini dəqiqləşdirməyib. Portuqaliya mətbuatında yayımlanan materiallarda da baş məşqçinin narazılığına səbəb olan konkret epizodlar göstərilməyib.

Bununla belə, Koelyu Azərbaycan komandasının keyfiyyətli oyun sayəsində qələbəyə layiq olduğunu etiraf edib. O, xüsusilə rəqibin güclü servis atışlarını vurğulayıb. Baş məşqçinin sözlərinə görə, məhz bu komponent komandası üçün ciddi problemlər yaradıb. "Sportinq" isə əksinə, servis atışlarını lazımi səviyyədə yerinə yetirə bilməyib və blokda da kifayət qədər təşkilatlanmış oyun nümayiş etdirməyib.

"Rəqib çox yaxşı servis atışları yerinə yetirdi və qələbədə böyük pay sahibidir. Biz başımızı dik tutmalıyıq. Bu, çox ağır zərbə oldu", - deyə Record nəşri məşqçidən sitat gətirib.

Koelyu komandasının bu təsnifat mərhələsini keçmək üçün kifayət qədər güclü olduğunu da bildirib. Onun fikrincə, "Sportinq" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün bütün imkanlara malik idi.

Qarşılaşmanın azarkeşsiz keçirilməsi də məğlubiyyətin müzakirəsi zamanı əsas mövzulardan birinə çevrilib. Lissabondakı "Joan Roşa" idman sarayında baş tutan görüş "Çarlz" fırtınasının yaratdığı əlverişsiz hava şəraiti səbəbindən boş tribunalar önündə oynanılıb. Portuqaliya mətbuatı vacib qarşılaşmada meydan sahiblərinin ənənəvi azarkeş dəstəyindən məhrum qalmasına diqqət çəkib.

"Record" nəşri qeyd edir ki, Portuqaliyanın son iki mövsüm üzrə çempionu Bakıda keçirilən ilk oyundakı qələbədən sonra növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansa malik idi. Lakin komanda doğma meydan amilindən yararlana bilməyib. Nəşr "Xilasedici"nin güclü servis atışlarını "Sportinq"in məğlubiyyətində əsas amillərdən biri kimi göstərib.

"A Bola" isə qarşılaşmaya "Sportinq altıncı setdəki acı məğlubiyyətdən sonra Çempionlar Liqasındakı yerini itirdi" başlığı ilə material həsr edib. Nəşr bununla qalibin müəyyənləşməsi üçün əlavə setin oynanılmasına ehtiyac yaranmasını və qarşılaşmanın dramatik sonluğunu ön plana çıxarıb.

Zerozero portalı isə nəticəni daha emosional şəkildə dəyərləndirib. Nəşr məğlubiyyəti həzm etməyin çətin olduğunu yazıb, oyunun son hissəsində "Sportinq"in çıxışını isə "tam dağılma" kimi xarakterizə edib. Bildirilib ki, Lissabon təmsilçisi setlərdə iki dəfə önə keçsə də, hər dəfə rəqibin hesabı bərabərləşdirməsinə imkan verib.

Bola na Rede nəşri də "Sportinq"in son dərəcə gərgin keçən qarşılaşmada uduzaraq Çempionlar Liqası ilə vidalaşdığını yazıb. Materialda oyunun gedişində üstünlüyün dəfələrlə bir komandadan digərinə keçməsi xüsusi vurğulanıb.

Qeyd edək ki, noyabrın 3-də Bakıda keçirilən ilk görüş "Sportinq"in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Noyabrın 11-də baş tutan cavab matçında isə "Xilasedici" eyni hesabla (21:25, 25:18, 22:25, 25:21, 15:13) qalib gələrək revanş alıb. Əlavə oynanılan "qızıl set"də də Azərbaycan təmsilçisi 15:13 hesabı ilə üstün olub və üçüncü təsnifat mərhələsinə yüksəlib.

Cəlil Cəlilovun rəhbərlik etdiyi komandanın növbəti rəqibi Sloveniyanın "ACH Volley" (Lyublyana) və Niderlandın "Orion Stars" klubları arasındakı cütün qalibi olacaq. İlk görüşdə Sloveniya təmsilçisi səfərdə 3:0 hesabı ilə qələbə qazanıb. Cavab matçı noyabrın 12-də Lyublyanada keçiriləcək.

Avropa Voleybol Konfederasiyasının (CEV) təqviminə əsasən, üçüncü təsnifat mərhələsinin ilk oyunları noyabrın 17-19-da, cavab qarşılaşmaları isə noyabrın 24-26-da keçiriləcək. "Xilasedici"nin iştirakı ilə baş tutacaq görüşlərin dəqiq tarixləri hələ müəyyənləşməyib. Bu mərhələnin qalibi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Əlavə edək ki, 2026/2027 mövsümü "Xilasedici" üçün Çempionlar Liqasında debüt mövsümüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Oxşar xəbərlər