"Sumqayıt" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" Rəhim Sadıxovla "2+1" şərti ilə müqavilə bağlayıb.
"Zirə" ilə yolları ayıran Sadıxov 2019-22-ci illər aralığında "Sumqayıt"ın formasını geyinib.
Qeyd edək ki, yarımmüdafiəçi başa çatan mövsümdə "qartallar"ın heyətində ümumilikdə 40 matça çıxıb və 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.