"Avropa Liqasında zəif komanda olmur. "Zirə" püşkatmada bizə düşən ən ciddi rəqiblərdən biridir". Sport24.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Moldova "Şerif"inin baş məşqçisi Yuri Qura yerli mətbuata açıqlamasında deyib.
Qura "qartallar"ın mütəşəkkil komanda olduğunu da vurğulayıb: "Zirə" çox mütəşəkkil komandadır, öz çempionatında az qol vurur, eyni zamanda, az qol da buraxır. Rəqib haqqında daha ətraflı məlumat toplayacağıq".
"Şerif"in baş məşqçisi ilk oyunun evdə və ya səfərdə keçirilməsinin heç mənasının olmadığını da söyləyib: "Hazırda səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk oyunu harada keçirməyimizi nəzərə alsaq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdur".
Qeyd edək ki, "Zirə" ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.