Premyer Liqaya vəsiqə qazanan "Şamaxı" heyətinə daha bir futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, komanda Rüfət Abbasovla müqavilə imzalayıb.
Sol cinah müdafiəçisi mövqeyində çıxış edən 19 yaşlı futbolçu iki il "şirlər"in şərəfini qoruyacaq. Rüfət Azərbaycan U-21 yığmasının üzvüdür.