"Real" Florian Virtsin transferi ilə bağlı "Bayer"lə razılığa gəlib. Sport24.az "Marca"-ya istinadən xəbər verir ki, 21 yaşlı almaniyalı futbolçu Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq.
Klublar bir neçə ay əvvəl danışıqlara başlayıb. Yarımmüdafiəçiyə görə İspaniya klubunun Almaniya təmsilçisinə 150 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, yarımmüdafiəçinin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, 2023/24 mövsümündə bütün yarışlarda "Bayer"in heyətində 49 oyunda 18 qol vurub və 20 məhsuldar ötürmə edib.