"Zirə" 3 futbolçu ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni razılaşma əldə olunub.
Ötən mövsümü icarə əsasında "Zirə"də keçirən Fuad Bayramovla da müqavilə imzalanıb. "Şamaxı"dan transfer olunan müdafiəçi qarşıdakı 3 ili "qaratallar"ın düşərgəsində keçirəcək.
Qeyd edək ki, "Zirə" 2023/2024 mövsümünü 2-ci pillədə başa vurub.