Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb. Sport24.az xəbər verir ki, "Qarabağ" 3-cü qrupda yer alıb.
Son ölkə çempionu səpələnmişlər sırasındadır. Təmsilçimizi 4 mümkün variant gözləyir. Bunlardan üçü cüt, biri isə Polşa "Yagelloniya"sidir.
"Flora" – "Selye" cütünün qalibi
"Virtus" – "Styaua" cütünün qalibi
"Hamrun" – "Linkoln" cütünün qalibi
"Yagellonya"
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.