Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da potensial rəqiblərini tanıyıb.
Ağdam təmsilçisi ikinci mərhələdə "Linkoln" (Cəbəllütariq) – "Hamrun Spartans" (Malta) cütünün qalibi ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası ilk matçı səfərdə keçirəcək.
İkinci turun oyunları 23/24 və 30/31 iyul tarixlərində baş tutacaq.