"Qarabağ" heyətinə yeni futbolçu cəlb edir. Sport24.az xəbər Ağdam təmsilçisi Andrey Lunyovun gedişindən sonra xorvatiyalı qapıçı Fabian Buntiçi transfer etməyə hazırlaşır. Onunla 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək, 1.94 metr boya malik 27 yaşlı Bundiç Portuqaliya Premyer Liqa təmsilçisi "Vizela"ya məxsusdur. Almaniyanın "Ştutqart" klubunun yetirməsi olan futbolçu müxtəlif vaxtlarda Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.