Neftçi"nin futbolçusu Alfa Konte Syerra Leone millisinə çağırılıb. Sport24.az xəbər verir ki, bunu paytaxt klubunun mətbuat xidməti açıqlayıb.
23 yaşlı yarımmüdafiəçi iyunda keçiriləcək matçlara dəvət alıb. Kontenin formasını geyindiyi komanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki matç keçirəcək. Syerra Leone millisi iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso ilə qarşılaşacaq.
Qeyd edək ki, Konte millidə 2 oyun keçirib.