top
Neftçi rəhbərliyinə ideal ötürmə: Onu gətir, Avropaya meydan oxu! Sport24.az
14 iyun 2024, 14:04
- ↺ +

"Neftçi" rəhbərliyinə ideal ötürmə: Onu gətir, Avropaya meydan oxu!

CEYHUN ƏLİYEV


Geridə qoyduğumuz mövsüm fiaskoya uğrayan "Neftçi" ardıcıl 2-ci dəfə eyni aqibəti yaşasa, klub rəhbərliyində yer alanlara bunu bağışlayan olmayacaq. Ötən ili silib atmaq da doğru olmaz. Hər halda, bu cür rəzalətdən doğru-dürüst nəticə çıxarmaq lazımdı. Müxtəlif vəzifələr yaratmaq, ora əcnəbiləri gətirmək və bəd ayaqda həmin kəslərdən sipər kimi istifadə etmək metodu yalnız diletantların gözündən pərdə asa bilər. Ancaq bu cür gedişlər əzəmətli klub adına yaraşa bilməz. "Günah keçisi" axtarmaq və daha bir mövsüm kreslosunu qorumaq istəyənlərlə işimiz yox. Bu yazının məqsədi "xəstə"yə ("Neftçi") əlac tapmaqdı.


Kim nə deyir desin, "Neftçi"nin ən böyük problemi məşqçi seçiminin düzgün aparılmamasıdı. Komandanı məşqçi formalaşdırır, onun ideyalarını meydanda futbolçular həyata keçirir. Heç görün kimdənsə eşitmisiniz ki, filan prezidentin/direktorun komandası qalib gəldi? Bu da təbiidi. O başqa məsələ ki, məşqçini seçən idarəedicidi və uğursuzluq yaşananda yaxasını kənara çəkə bilməz. Və belə bir məqamda əvvəlcə Mutunu, ardınca Bojoviçi gətirən "ekspert"in yenicə yola salınan Fərrux Mahmudov olması qəti inandırıcı deyil. İndi həmin cənabın kim olmasını bilmək üçün ancaq bilənlərdən soruşmaq mümkündü. Ancaq indiyədək həmin ad çəkilməyibsə, bundan sonra deyiləcəyi də real görünmür. "Neftçi"ni yerdən yerə çırpan şəxsə əcnəbi idarəedicilər növbəti planını - SOCAR-ın ayırdığı şlanqdan axan valyutanı sovurmaq üçün ən ideal variantdır. Və indi, məhz indi azarkeş səsinin çıxma vaxtıdı. Təyinatlar reallaşdıqdan sonra "dünyanı bir-birinə vurmağın" heç bir faydası yoxdu.


Bəs konkret xilasedici mütəxəssisi tapmaq olarmı? Birmənalı şəkildə bəli! Bunun üçün velosiped ixtisasına ehtiyac yoxdu. Çünki "Neftçi" - brenddir və bu klubun üzərində neftçilərin alın təri var. Deməli, məşqçi eksperimenti aparmaq üçün yer ola bilməz bu klub. Madam ki, SOCAR rəhbərliyi yerli mütəxəssis fikrini yaxına buraxmır, o zaman əcnəbilərin arasında seçim edərkən "9-luğ"a vurulmalıdır. Yeganə düzgün variant isə Azərbaycan futboluna bələd olan mütəxəssisdi. Özü də sadəcə, bələd olan yox, burda iz buraxmış mütəxəssis.


Belələrinə zaman-zaman rast gəlinib. Məsələn, Yuri Syomin, Mirça Rednik, Murad Musayev kimi məşqçilər bu gün də xoş sözlə xatırlanır. Ancaq heç şübhəsiz ki, avanqardda gedən isim - Roman Qriqorçukdu. Ukraynalı çalışdırıcının "Qəbələ"ni ardıcıl 2 dəfə Avropa Liqasının qrupuna daşımasının dadı hələ də damaqlarımızdan getməyib. Eyni gündə 2 Azərbaycan klubunun "Köhnə Qitə"nin nüfuzlu turnirində iştirak etməsi xatirələrini yaddaşlardan necə silmək olar?! Bəli, Roman İosifoviç bu nailiyyətə komanda ilə imza atmışdı. Söhbət futbolçu komandasından getmir, onları bu gün də toplamaq mümkündür. Məsələ vəhdət təşkil edən idarəedici komandadan gedir. Həmin vaxt "Qəbələ"nin Fariz Nəcəfov - Zaur Əzizov - Səbuhi Səfiyarlı - Səməd Nəsibov - Nail Kərimovdan ibarət "vəhşi diviziya"sı var idi. Bu gün bu "beşbaşlı əjdaha"nın başları müxtəlif istiqamətlərə səpələnib: Nəcəfovla Səfiyarlı "Qəbələ"də olsalar da, Nəsibov "Turan"da, Kərimov isə "Qarabağ"dadı. Ancaq bu "başlar"dan biri də "Neftçi"dədi axı! Söhbət Zaur Əzizovdan gedir. Bildiyimiz qədəri ilə Zaurun Qriqorçukla çox isti münasibəti var. Fikrimizcə, təcrübəli mütəxəssisin istəklərini yerinə yetirmək üçün "Neftçi"nin kifayət qədər büdcəsi də var. Ən vacibi isə sələflərindən fərqli olaraq Roman İosifoviç "komanda qurmağa uzun zaman lazımdı" tipli bəhanə gətirməyəcək. Çünki Azərbaycan çempionatını içəridən tanıyır. Yuxarı-aşağı nə qoyub getmişdisə, eyni mənzərəyə də şahidlik edəcək. Yeganə ştrix Adil Şükürovun qayıdışıdı ki, bu mütəxəssislə də mübarizədən bir dəfə məğlub ayrılsa da (Şükürovun "Zirə"si gümüş, Qriqorçukun "Qəbələ"si isə bürünc medal qazanmışdı), indi azərbaycanlı mütəxəssis heç bir sponsorun yaxın durmaq istəmədiyi və ancaq Premyer Liqada yerini qorumağa can atan "Kəpəz"i çalışıdırır.


Qriqorçukun namizədliyinin "Neftçi"də müzakirə olunub- olunmamasını bilmirik, amma bir şeyə əminik ki, ukraynalı mütəxəssis "Neftçi" brendi üçün ən uyğun və uğurlu seçim olar. Hə, bu başqa məsələ ki, Qriqorçuk "Neftçi" qazanında çömçə" qarışdıranlara sərf edəcəkmi? Bütün hallarda, gündəm aşağıdakı sualları ortaya gətirir:


1) Zaur Əzizov Qriqorçuku istəyirmi;
2) İstəyirsə, dəvət edilməmə səbəbi nədi?
3) Əzizovun gətirmək istəyini "Neftçi"dən əngəlləyirlər?
4) Əngəlləyən varsa, həmin şəxs kimdi?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Oxşar xəbərlər