"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, "rossonerilər" "Boyonya"da çıxış edən Coşua Zirzkeni transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Şəhərin eyniadlı təmsilçisi niderlandlı hücumçuya görə qarşı tərəfə 40 milyon ödəməyə hazırdır. Milan təmsilçisi 23 yaşlı forvardla şəxsi müqavilənin şərtlərini müzakirə edir.
Qeyd edək ki, "Bolonya" Coşua Zirzkeni 2022-ci ilin yayında "Bavairya"dan transfer edib. Niderland U-21 millisinin üzvü son mövsümdə A Seriyasında meydana çıxdığı 37 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.