"Leyptsiq" baş məşqçisi Marko Roze ilə müqaviləni artırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə başa çatan sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.
Marko Roze 2022-ci ilin sentyabrından Bundesliqa klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında 2022/23 mövsümündə Almaniya kubokunu və Almaniya Superkubokunu qazanıb.