"Latsio"nun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, bu posta Marko Baroni təyin edilib. İtaliyalı çalışdırıcı istefaya göndərilən İqor Tudoru əvəzləyib.
Qeyd edək ki, Baroninin son klubu "Verona" olub. Onun rəhbərliyi altında komanda 2023/24 mövsümünü A Seriyasında 13-cü yerdə başa vurub.