Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini gücləndirib. Sport24.az xəbər verir ki, ölkənin ikinci ən bğyük şəhərinin təmsilçisi 2 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.
Razılaşmaya əsasən Yuliya Kərimova və Nərminə Musayeva növbəti mövsümdən "Gəncə"nin formasını geyinəcəklər. Azərbaycan millisinin voleybolçuları ilə 1 illik müqavilə imzalanıb.